Nazir: Musiqisiz yaşaya bilmərik

15:30 17.07.2018 572
Nazir: Musiqisiz yaşaya bilmərik


Heydər Əliyev Sarayında iyulun 16-da Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının açılış mərasimi olub.

Mədəniyyət Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, açılış mərasimində respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək belə bir konfransın ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışıb: "Konfransın builki mövzusu musiqinin cəmiyyətdə yeri və rolu ilə bağlıdır. Şadam ki, belə bir tədbir Bakı şəhərində keçirilir. Musiqi xalqımızın yaşayış tərzinin ayrılmaz hissəsidir".

Nazir deyib ki, konfransın ölkəmizdə keçirilməsi musiqi sahəsinin inkişafının əyani göstəricisidir. "50 il bundan öncə UNESCO-nun himayəsi altında Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti yaradılıb. Artıq 90 ölkəni birləşdirən bu təşkilat dünyada musiqi sahəsi ilə bağlı möhtəşəm layihələr həyata keçirir. Azərbaycan bu cəmiyyətin üzvi kimi belə layihələrin icrasında yaxından iştirak edir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə musiqi təhsili inkişaf edir. Xüsusi vurğulamalıyam ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahəyə məxsusi qayğısı var.Bütün bunlar göstərir ki, bu diqqət və qayğıların nəticəsi olaraq Azərbaycan muğamı , Azərbaycan aşıq sənəti , tar və onun ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib".

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kasainov deyib ki, son illər mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi əlamətdar hadisədir. O, əlavə edib ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycancada keçirilməsi də bu ənənənin davamıdır.

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək konfransla bağlı məlumat veriblər. Qeyd ediblər ki, konfransda musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edir.

Sonra dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO