AMEA-nın laboratoriya müdiri öz şirkətinə yüz minlərlə manatlıq tender qazandırıb

09:46 1.03.2023 89
AMEA-nın laboratoriya müdiri öz şirkətinə yüz minlərlə manatlıq tender qazandırıb

"Görünən odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz funksiyalarını tam olaraq yerinə yetirmir ki, satınalmalarda bu qədər böyük problemlər üzə çıxır"

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu “Sinam” MMC ilə dəyəri 129 min 847 manat olan satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtinə görə, şirkət bir il boyunca instituta proqram təminatı ilə bağlı texniki avadanlıqlar verməlidir. Bu, iki tərəf arasında olan ilk müqavilə deyil. Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, İdarəetmə Sistemləri İnstitutu 2021-ci ildə də “Sinam” MMC ilə 21 min 240 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Bu müqavilə ilə şirkət AMEA-nın institutuna proqram təminatının alınması və quraşdırılması xidmətlərini göstərib.

Bəs niyə “Sinam” MMC?

Şirkət 6 iyun 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi və rəhbəri Elçin Əliyevdir. Elçin Əliyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun  laboratoriya müdiridir. Yəni, Əliyev rəhbərliyində təmsil olunduğu qurumun tenderində özünə məxsus şirkəti qalib edib və ümumilikdə 151 min manatlıq tender müqaviləsi imzalayıb.
AMEA-nın laboratoriya müdiri öz şirkətinə yüz minlərlə manatlıq tender qazandırıb

Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə AMEA bu şirkətlə dəyəri yüz minlərlə manat olan 41 satınalma müqaviləsi imzalayıb.

“Dövlət Satınalmaları haqqında” qanunun 13-cü maddəsinə görə, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Bu maddənin 1-ci hissəsində isə qeyd olunur ki, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslər satınalmalarda maraqlarının olub-olmamasını bəyan etməlidirlər.
AMEA-nın laboratoriya müdiri öz şirkətinə yüz minlərlə manatlıq tender qazandırıb

SİNAM şirkətinin rəhbəri Elçin Əliyevin prezident İlham Əliyevlə görüşü də olub. Şirkət Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə də işləyib. Bununla bağlı tender məlumatları olmasa da, prezidentin rəsmi internet səhifəsində qeyd olunub ki, Ağalı kəndində ağıllı idarəetmə mərkəzi ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev İlham Əliyevə “ağıllı həllər” proqram təminatı ilə bağlı məruzə edib. O bildirib ki, Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

İqtisadçı Rəşad Həsənov deyir ki, “Dövlət satınalmaları haqqında” qanunda qeyd olunur ki, maraqlar koniflikti yaradan hallar heç bir halda satınalmalarda icazə verilən hallar olmamalıdır.

Onun sözlərinə görə, şirkət rəhbərinin həm də AMEA-da çalışması maraq toqquşmasının yaranmasına səbəb olur: 

“Bu da ilk növbədə dövlət vəsaitlərinin qeyri-səmərəli formada xərclənməsinə əlverişli şərait yaradır. Çünki satınalmalarda ədalətlilik və rəqabətlilik prinsipinin qorunmamasına səbəb olur. Burada qeyri-şəffaf maliyyələşmə imkanlarının mümkünlüyündən də söhbət gedə bilər. Adətən bənzər hallarda əvvəlcədən əməkdaşlıq edilən şirkətlərlə, bir-birini tanıyan insanlar arasında belə bir sövdələşmənin qurulması vəsaitlərin bir qisminin mənimsənilməsi üçün daha əlverişli imkan yaradır. Təəssüf ki, görünən odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz funksiyalarını tam olaraq yerinə yetirmir ki, satınalmalarda bu qədər böyük problemlər üzə çıxır” – deyə iqtisadçı Rəşad Həsənov bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının maliyyə şöbəsindən  Abzas Media-ya bildirilib ki, “Sinam” MMC ölkədə milli mühasibat uçotu sistemlərinin tətbiqi ilə məşğul olur və ona görə satınalmaların qalibi kimi o şirkət seçilir. "Müqaviləni AMEA-nın ayrı-ayrı idarələri imzalayır deyə, biz daha ətraflı cavab verə bilmirik"- AMEA-dan bildirilib.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan isə suallarımıza cavab verməkdən imtina ediblər.

Abza.org 
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO