Bakıda 165 ailənin BİR DƏRDİ... - Prezidentə müraciət olundu

13:18 17.02.2023 87
Bakıda 165 ailənin BİR DƏRDİ... - Prezidentə müraciət olundu


Bakının Yeni Günəşli qəsəbəsində "Sahil S İnşaat" MTK-nın tikdiyi binadan mənzillər alan 165 ailə əsir-yesir vəziyyətində qalıb. Payçılar tikintisi yarımçıq qalan binada görüləcək işləri tamamlaya bilmirlər. Xeyli vaxtdır ki, vətəndaşlar öz vəsaiti hesabına binadakı problemləri yoluna qoymağa çalışsa da, hər dəfə bir maneə ilə üzləşirlər. İstər elektrik enerjisinin kəsilməsi, istər liftlərin qoyulması, istər digər işlərdə əngəl yaranır. Anaxeber.info vasitəsi ilə Prezident İlham Əliyevə, PA rəhbəri Samir Nuriyevə, Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlər dövlətin onlara köməklik göstərməsini, vətəndaşlara sahib çıxılmasını xahiş ediblər. Onların sözlərinə görə, bütün bu problemlərin yaşanmasına səbəb şirkətin sahibi Taley Alaverdiyevin dələduzluq ittihamı ilə həbs edilməsinə baxmayaraq, hələ də MTK rəhbəri vəzifəsini daşıması, binanın tikintisi ilə bağlı hüquqi işlərin, səlahiyyətin onda qalmasıdır. Belə ki, alınan mənzillərin aylıq kreditinin ödənişindən yığılan vəsait hesabına sakinlər binanın yarımçıq qalan işlərini davam etdirirdilər. İndisə əngəllər meydana çıxıb. Çünki kreditorların ödənişi ilə bağlı şirkətin həbsdə olan rəhbəri Taley Alaverdiyev maliyyə arayışına qol çəkməkdən imtina edir. Maliyyə arayışı olmasa kreditlər toplana bilmir. Sakinlərin sözlərinə görə, müqavilə imzalayaraq binaya liftlərin quraşdırılmasına razılaşıblar. Amma Taley Alaverdiyev maliyyə arayışına qol çəkmədiyi üçün liftin pulunu ödəyə bilmirlər. Nəticədə liftə görə 157 min manatlıq borc qalıb. Sakinlər qeyd edirlər ki, faktiki olaraq 165 ailə həbsdə olan dələduzun girovuna çevrilib. Vətəndaşlar dövlət başçısına və Baş prokurora müraciətdə bildirirlər ki, MTK rəhbərinin dələduzluğuna görə onsuz da kifayət qədər çətinliklər yaşayıblar, indisə həbsdə olmasına baxmayaraq onun imzası olmadan heç bir sənədləşmə işi görmək olmur. Bir sözlə, 165 ailə bir dələduzun imzasından asılı qalıb. Taley Alaverdiyev isə maliyyə arayışına qol çəkmir. Sakinlər deyirlər ki, nə üçün bu şəxsin hələ də buna üzərində səlahiyyəti olmalıdır: "Onun MTK-dakı səlahiyyətlərinə xitam verilməlidir, çünki vətəndaşları aldatması, dələduzluğu sübuta yetirilib. Ona görə bina ilə bağlı səlahiyyətindən məhrum edilməlidir. Onun maliyyə arayışını imzalamağa haqqı yoxdur, hüququ da olmamalıdır. Biz xahiş edirik ki, hazırda istintaqı gedən bu şəxsin səlahiyyətlərinə xitam verilsin, barəsində məhkəmə qərar çıxarsın. Bir mənzili 4-5 adama satan fırıldaqçının başımıza açdığı oyunlar az deyil, indi də həbsdə ola-ola onun imzasından asılı vəziyyətdə qalmışıq. Bu nə vaxta qədər davam edəcək? Biz sakinlər bir araya gələrək öz gücümüz hesabına tikinti-təmir işləri görürük, Taley Alaverdiyevin canı çıxıb etməli olduğu işləri hissə-hissə min bir əziyyətlə həyata keçiririk, amma hər dəfə hansısa problem yaranır. İndi də liftlər quraşdırılmalıdır, şirkətlərdən biri ilə razılaşmışıq, pulun bir hissəsin vermişik, amma əsas 157 manatı ödəyə bilmirik, çünki bu yaramaz dələduz Taley Alaverdiyevin maliyyə arayışını imzalamasını gözləyirik. Axı niyə qanun ona bu səlahiyyəti verir ? Nə üçün məhrum edilmir? Biz çox xahiş edirik ki, dövlətimiz bizə arxa-dayaq olsun, bu 165 ailəyə sahib çıxsın, nəhayət ki bu məsələlərə tam son qoyulsun. Biz cənab prezidentə inanırıq, ona sığınırıq, baş prokurorun bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verəcəyinə ümid bəsləyirik. Biz dövlətdən xahiş edirik ki, bu dələduzun əlindən birdəfəlik xilas olmaqda köməklik göstərilsin". //anaxeber.info//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO