Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxs Azərbaycan prezidenti tərəfindən mükafatlandırılıb.
Sonxeber.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aslanov Tural Aslan oğluna, Cinayət və inzibati hüquq şöbəsinin müdiri Əfəndiyeva Humay Elçin qızına, Hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri Hacızadə Anar Nizami oğluna 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcələri verilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi 1998-ci ildə iyulun 14-də yaradılıb.
Zamantv.az