"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA

18:32 9.01.2023 188
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA


Vergi dövlətin ən əsas sütun dayaqlarından biridir. Vergi təminatı əsas dövlət orqanı olaraq dövlət büdcəsinə gəlir gətirən, eyni zamanda dövlət büdcəsindən maliyyələşən orqandır. Vergi ödəyicilərinin məsuliyyəti hətta cinayət məcəlləsində müqafiq cəzayla tövsif olunur. Dəyərindən, mislindən, miqdarından asılı olmayaraq gəlir əldə edən hüquqi və fiziki şəxs dövlətin təyin etdiyi vergini ödəməlidir.

Qeyd edək ki, hər hansı bir sahibkarlıqla, iri və ya kiçik bizneslə məşğul olan sahibkar, qeydiyyata düşüb maaş alan hər işçi, qulluqçu da avtomatik vergi ödəyicisinə çevrilir. Vergi qurumlarının, orqanlarının əsas mahiyyəti, məsuliyyəti və vəzifəsi vergi ödəməsinə nəzarət etmək, onları vergiyə cəlb etmək, lazım olduqda vergidən yayınıb dövlət büdcəsinə zərər vuran işbaz sahibkarların cinayət məsuliyyətinə cəlb olunmasına cavabdeh olmaqdır.

Vergi orqanlarında çalışan hər kəs yaxşı bilir ki, vəzifəsindən süi istifadə etmək sonda onların özünə qarşı cinayət işinin açılmasına səbəb ola bilər. Odur ki, hər rayon, qəsəbə, bəzi yerlərdə kənd üzrə vergi işçiləri yoxlama məqsədilə müxtəlif istiqamətlərdə reydlər keçirir. Dövlət başçısl İlham Əliyevin şəxsən nəzarətində olan bu qurumun işində hər hansı bir nöqsan, yeyinti olarsa bu bir başa dövlət əmlakını qəsdən talama, mənimsəmə kimi qəbul edilir.

Bu isə ağır cinayət tərkibinə aid bir əməl hesab olunur...

Ayrı-ayrıllqda hər birimiz açıq gözlü olmalı, hər birimiz dövlət vergisinin ictimai nəzarətçisi olmalıyıq...

Bu gün respublikamızda vergiyə nəzarəti gücləndirmək üçün ƏDV ödənişlərinin vətəndaşlara-müştərilərə qaytarılması əməliyyatı da məhz vergiyə nəzarəti gücləndirmək məqsədi daşıyır. Lakin əfsuslar olsun ki, bu gün bir çox dələduz işbazlar öz kommersiya fəaliyyətlərindən mənimsədikləri yüz minlərlə qiyməti olan gəlirin vergisini dövlətdən gizlədir, vergi verməkdən yayınırlar. Bu da yuxarıda qeyd etdiyim kimi dövlət əmlakını qəsdən mənimsəmə deməkdir.
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA

Hətta 1 manat kassa çeki təqdim olunmadan satılan məhsula, müştərinin əlində tutulan məhsula görə hüquqi şəxs cərimə olunur. Bəs, görəsən bu gün restoran sahiblərinin vergidən yayınmasına kim səbəb olur?! Cinayət məcəlləsində onları-restoran müdürlərini və havadarlarını hansı cəza gözləyir?! Bu gün sizə restoranlar şəbəkəsi-TƏBRİK, MÜBARƏK, BADİ-KUBƏ adı altında fəaliyyət göstərən 3 restoran haqqında və burda baş verən qanun pozuntuları haqda açıqlama vermək istəyirəm.
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA

Ən birinci açıqlamam restoranlar şəbəkəsinin dövlət vergisindən yayınması haqdadı. Beləki, elə öz dilləriylə desək "kalendar" işləyən, yəni hər gün sifarişi olan restoranlar şəbəkəsinə aid restoranlardan heç birində vətəndaşlara kassa çeki təqdim olunmur. Pullar nağd qəbul olunur. Görəsən, onlara VERGİ KRIŞALIĞInı kim edir. Etmir deməyin. Çünki, adi bir məhlə dükanında 50 qəpiklik tum üçün verilməyən çekə görə müəyyən cərimələr tətbiq olunur.
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA

Bəs, restoranlar şəbəkəsinin şefi məşhur Hacı ləqəbli iş adamı kimə arxalanıb 3 restoranı vergidən yayınmaqla işlədir, dövlət büdcəsinə hər ay kifayət qədər yetərli ziyan vurur. Məgər qanun ona və işlətdiyi restoranlara aid deyil? Kimdi Hacının mənafeyini dövlət mənafeyindən yüksək tutan? Niyə bu işbazların özbaşınalıqlarına göz yumulur?! Onsuz da restoranlarında müştərilərin başına oyun açırlar, özbaşınalığın həddi-hüdudu yoxdu.

Köhnə yeməklər, yarıtmaz xidmət, qeyri-peşəkar personal və daha nələr nələr...

Bir az da xidmət haqda açıqlama vermək istəyirəm. Tamada, müğənni xidməti yerinə yetirən ikisi birində xidməti müştərini aldatmağın bir növüdür. Tamada olaraq 2 cümləni ard-arda söyləyə bilməyən bu şəxsin xidməti də restoran xidmətində qiymətə daxildir. Amma və lakin adı olub keyfiyyəti sıfır olan bir xidmət. Çəkiliş xidməti də başqa problemdir.

Çəkiliş adi telefon çəkilişi səviyyəsindən aşağı olan bir keyfiyyətdə çəkilir və montajsız müştəriyə təqdim olunur. Və müştəri bütün bu şikayətlərini Hacının bir neçə əlaltı işçilərinə deməkdən başqa adam tapmır. Dövlət büdcəsinə vergidən yayınmaqla hər il küllü miqdarda ziyan vurmaqla qazanc əldə edən Hacı görünməz zirehlə əhatələnir. Əfsuslar olsun ki, günü bu günə qədər Hacının restoranlar şəbəkəsi vergidən yayınaraq fəaliyyətini davam etdirir. Vergi orqanları hara baxır?

"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO