Neftçalada başçı ilə DSK sədri hektarı 1000 manata torpaq satır - SENSASİON İDDİA

14:16 5.01.2023 118
Neftçalada başçı ilə DSK sədri hektarı 1000 manata torpaq satır - SENSASİON İDDİA


Neftçalanın gənc icra hakimi Mirhəsən Seyidov geridə qalan iki il ərzində fəaliyyəti ilə heç bir rəğbət qazana bilməyib. Onun rayondakı missiyası elə fəaliyyətsizlik, narazılıq yaratmaq olub."Azərbaycan Reallığı" xəbər verir ki, Reportyor.info-ya verilən məlumata görə, M. Seyidov əhalinin problemlərinin həllinə dəstək olmaq əvəzinə, mane olur. Misal üçün gələn şikayətdə deyilir ki, icra başçısı fermer təsərrüfatının inkişafına əngəl törədir. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən “şərtlərlə” qarşılaşırlar. Belə ki, icarə müqaviləsi bitdikdən sonra torpaq elə icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun “şərti” var. Bildirilir ki, torpağın hər hektarına görə 1 000 manat tələb olunur. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və kim 1000 verirsə, ona peşkəş olunur

İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Yeri gəlmişkən, Z.Kərimovun adı bu günlərdə başqa bir qalmaqallı işdə də hallanmışdı: onun bahalı avtomobili ilə heç bir yol hərəkəti qaydasına əməl etmədən, avtoxuliqan kimi rayon yollarında şütüdüyünü əks etdirən fotolar yayılmışdı. Həmçinin, məlumata görə, bu günlərdə onun oğlu Bəxtiyar Kərimov Neftçalada narkotik istifadəçisi kimi həbs olunub. Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Regional İdarəsinə gətirilən B.Kərimov elə həmin gecə həbsdən azad edilib.

Məlumata görə Neftçala suvarma idarəsində çalışan ərköyün məmur oğlu bir müddət öncə də Yasamal rayonunda saxlanmışdı, amma o zaman da həbsdə qurtarmağı bacarmışdı. İndisə məlum olur ki, DSK sədri Z. Kərimov və rayonun başçısı M. Seyidov Neftçala fermerlərinə “gün verib, işıq vermir”. Onlar torpaqları auksiona çıxarır və rüşvətin fərqli mexanizmi ilə başqalarına verirlər. Yəni 1000 manatın varsa, Seyidovla Kərimov sənə icarəyə torpaq bağışlayacaq, əks halda torpaq üzünə həsrət qalacaqsan. Bu da Neftçalada məmur özbaşınalığının yenidən baş qaldırması deməkdir.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatın üzərindən üç ilə yaxın vaxt keçir. 2020-ci ilin fevralında DTX Neftçalanın icra başçısı İsmayıl Vəliyev də daxil olmaqla vəzifəli şəxslərin həbsi ilə müşayiət olunan əməliyyat keçirmişdi. Göründüyü kimi, iki ildir rayonun rəhbəri dəyişib, hazırda başçı Mirhəsən Seyidovdur, lakin gənc icra başçısı barədə çoxsaylı şikayətlər var. Prezident isə onu vəzifəyə təyin edərkən demişdi ki, kim xalqa xidmət etməsə, qanunsuzluğa yol versə, onu da oxşar cəza gözləyəcək…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO