Lerikdə bir aydır yaranan şirkətlə şübhəli müqavilə - Zibilxanada 100 minlik təmir

19:19 26.12.2022 128
Lerikdə bir aydır yaranan şirkətlə şübhəli müqavilə - Zibilxanada 100 minlik təmir


Lerik Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) məişət tullantıları üçün poliqonda əsaslı təmir işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

Zamantv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Luxoil Company” MMC olub.

Lerik rayon MKTİB görüləcək işlərlə bağlı "Luxoil Company” MMC-yə 103 826.96 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Luxoil Company” MMC 16 aprel 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi, Bakı-Qazax şossesinin sol kənarında yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Hidayət İdris oğludur.

Açıq mənbələrdə nə "Luxoil Company” MMC, nə də Hidayət Qasımov barədə məlumat var. Şirkətin yeni yaranması, barəsində heç bir məlumatın olmaması, qanuni təmsilçisinin sahibkar kimi tanınmaması "Luxoil Company” MMC-nin tender əməliyyatlarına istifadə edilməsi üçün təsis edildiyi barədə şübhələrə yol açır.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi isə 1 ayın şirkəti ilə satınalma müqaviləsi imzalayıb. "Pearl Light Supplier” MMC ilə bağlanan müqavilənin maliyyə dəyəri 32 982.87 AZN təşkil edir. Müqavilədə kommunal yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur.

"Pearl Light Supplier” MMC 24 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnaə kapitalı 2 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Polad Həşimov küçəsi, ev 94/B, döngə 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Yusibova Lütviyyə Şöyüb qızıdır.

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır. "Pearl Light Supplier” MMC isə bir ayın şirkətidir və bu şərtlərə cavab verəcəyi inandırıcı görünmür.

Lerik rayonunun icra başçısı Əkbər Abbasovdur. O, 25 iyul 2022-ci il tarixdən bu vəzifədədir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO