Naxçıvan reallıqları: Mustafayev qardaşlarının “qul bazarı” da varmış

15:35 23.12.2022 120
Naxçıvan reallıqları: Mustafayev qardaşlarının “qul bazarı” da varmış


Mustafayev qardaşlarından narazı olan bir qrup hərbi qulluqçu redaksiyamıza növbəti şikayət məktubu göndərib və anonimliyin qorunması şərtilə onu işıqlandırmağımızı xahiş edirlər.

Ovqat.com məlumatların ciddiliyini və dövləti maraqlarımız üçün əhəmiyyətini nəzərə alıb məktubu bəzi ixtisarlarla yayımlayır:

“Naxçıvan şəhər Su idarəsinin yanında yerləşən, ordunun balansında olmağına baxmayaraq Nemət Mustafayev şəxsi obyekti kimi tanınan “qul bazarı” var. Adına “Nemətin Bazası” da deyilir. Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin hər gün səhər və axşam zabit, gizir, MAXE-ləri həmin ərazidə düzüb özünəməxsus tapşırıqlar verir, hər günün sonunda isə 705 nomrəli məktəbdə görülən işlərlə bağlı zabitlərlə iclas keçirir.

Həmin bazada gündəlik “normativlər” mövcuddur. Misal üçün, taxta, mismar, armatur, katanka, balbanka, zambaq və sairə. Sadalan adda olan “normativi” gün ərzində verə bilməyən gizir və MAXE-lər Nemət Mustafayev tərəfindər sərt şəkildə cəzalandırılır.

Yeyintiləri güya leqallaşdırılmaq üçün N saylı Hərbi Hissə yaradılıb. Guya, bu hərbi hissə digər hərbi hissələrə təminat və kömək məqsədi daşıyır, amma əslində büdcədən ayrılan vəsaiti talamaq məqsədi ilə yaradılıb. Vasif Talıbov tərəfindən fəaliyyətinə son qoyulan Dizayn Holdinqdən müsadirə olunan texnika və avadanlıqlar bu hərbi hissəyə, yəni Nemət Mustafayevə öz qanunsuz işlərində istifadə edib varidatını artırması üçün həvalə olunub. Həmin hərbi hissənin bəzi hərbi qulluqcuları mülki formada gündəlik işə gəlirlər, ancaq Nemət Mustafayevin işlərini görürlər. Bu işlərdə işçi qüvvə olaraq əsgərlər fəhlə kimi işlədilir. Dövlətdən ayrılan fəhlə pulları isə yazılıb Nemət Mustafayev tərəfindən mənimsənilir. Nemət Mustafayev bazada qurduğu bu sistemlə Naxçıvan Muxtar Respublikasında bütün söküntü işlərini ələ alıb və söküntülərdən gətirlən materiallar əsgərlər vasitəsi ilə təmizlənərək saf-çürük edilir. Sağlamları ayıraraq tikintilərdə yeni material adı ilə göndərilir. Bu inşaatlarda əsgərlər sözün həqiqi mənasında "qul" kimi işlədilirlər. Tikintidə işləyən ustaları MAXE və gizir olaraq işə götürürlər. Onlar mülki formada işləyirlər və hərbi hissə üzü görmürlər dolayısıyla hərbi xidmət etmirlər. Həm dövlətdən maaş, həm də gördükləri işin kvadratına, həcminə görə ödəniş alırlar. Əsl əziyyəti isə yanlarında işlətdikləri pulsuz "qul" əsgərlər çəkirlər. Bu inşaatlara parklar, bayraq meydanları, hərbi hissələr, bokslar, hangarlar və s. daxildir. Nəticədə köhnə materiallardan inşa olunan bu tikililər tez zamanda sıradan çıxır və müxtəlif problemlər yaranır. Bu problemləri aradan qaldırmağa gəldikdə isə Nemət Mustafayev boynuna götürmür və "mən sizə sağlam iş təhvil vermişdim" deyir. Və bu minvalla problemlər ya daha da dərinləşir ya da təhvil alanlar təmir xərclərini öz ciblərindən ödəyərək təmir etməyə çalışırlar. İllik yekunda isə Forma 2-lərdə bütün materiallar avropa standartlarına uyqun göstərilir və dövlət büdcəsi bu şəkildə Nemət və Kərəm Mustafayevlər tərəfindən talanır.

Gələk cinayət faktına. Bazada xüsusilə iki nəfəri baş gizir Famil, təqaüdə göndərilən və təkrar orda mülki şəxs kimi işə götürülmüş Mürsəl haqqında cinayət faktını qeyd etmək istərdik. Familə dülgərlik sexi, Mürsələ isə malyarxana həvalə olunub və bundan əlavə bu ikisi Nemətin “işverənləri”, söz aparıb söz gətirənləridir. Orada nə olursa, nə görürlərsə bazanın rəisi olan polkovnik leytenant Şanov Aslana məruzə edib, işləmək istəməyən əsgərləri qorxudub artıq hərbi xidmətə saxlatdırırlar, əsgərlərə qəddarcasına davranıb işlədirlər. Bu iki nəfər həm gördükləri işə görə maaş alırlar, həm dövlətdən maaş alırlar”.

Məktub müəllifləri Famil və Mürsəl adlı bu şəxslərin təzyiqləri nəticəsində bir əsgərin intihar etdiyi barədə şok iddialar da irəli sürüblər. İddialar araşdırıldığından hələlik təfsilatlara varmırıq. Yaxın günlərdə araşdırmamızın nəticələrini yayımlayacağıq.

Ovqat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO