“Fermerlərin əksəriyyəti pambıq əkməkdən imtina edir” - GİLEY

17:46 22.12.2022 111
“Fermerlərin əksəriyyəti pambıq əkməkdən imtina edir” - GİLEY


“Son bir neçə ildir suvarma dərdindən pambığın məhsuldarlığı yüksək olmur. Nəticədə qoyulan xərci çıxara bilmirik, ziyanla üzləşirik. Amma problem bununla bitmir. Tədarük şirkətləri pambıqda nəmişliyi, zibilliyi çox tutur. Fermer də məhsulunu istədiyi şirkətə sata bilmir”.

Bunu Meydan TV-yə Saatlıdan olan fermer Aydın Məmmədov bildirib. Fermer deyib ki, əvvəlki illərdən fərqli olaraq bu ildən yalnız məhsula görə subsidiya ödənilir.

“Bir tərəfdən də subsidiyanın verilməsi gecikdirilir. Ona görə də çoxu pambıq əvəzinə yonca, taxıl əkmək istəyir ki, heç olmasa dolanışığı olsun”, – Məmmədov söyləyib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, pambıqçılıq sahəsi üzrə problemlər mövcuddur, əkin sahəsi 100 min hektara qədər azaldılıb. Bu il 500 min ton pambıq istehsal ediləcəyi ilə bağlı öhdəlik götürülüb, amma istehsal 300 min tona çatmayacaq.

“Fermerlər deyirlər ki, onlara əkin sahələrinin az göstərilməsi tapşırılıb. Məqsəd məhsuldarlığı süni artırmaqdır. Yəni daha çox sahədə əkin həyata keçirirlər, sahəni az göstərirlər, nəticədə yüksək məhsuldarlıq kimi qeydə alınır. Məhsuldarlıq ona görə vacibdir ki, məhsuldarlığı artırmadan rəqabətqabiliyyətli məhsul istehsal edə bilmərik”,- ekspert qeyd edib.

Məhərrəmlinin sözlərinə görə, bu il pambıqçılıqla məşğul olan fermerlərin istehsal xərcləri təxminən 20 faizdən çox artıb. Fermerlər gübrəni 2 dəfə baha alıblar, eləcə də digər xərclər çoxalıb. Pambığın alış qiyməti isə cəmi 50 manat artırılıb:

“Məhsuldarlıq azalıb, xərc artıb, subsidiya xərci qarşılamır. Pambıqdan əldə olunan gəlir yığım üçün xərclənən vəsaiti ödəmir. Ona görə də əksəriyyət pambıqdan imtina edir. Bu günlərdə bölgələrdə oldum, əksər fermer pambığı hələ yığmayıb. Bəzi ərazilərdə pambığın boyu çox alçaqdır, hətta kombayn bu sahələrə girə bilməz, əllə yığım da çətindir”.

Ekspert bildirib ki, pambıq sahələrinin suvarılma problemi illərdir mövcuddur, fermerlər sahələri vaxtlı-vaxtında suvara bilmirlər. Nəticədə bir çox sahədə pambığın boyu artmayıb, məhsuldarlıq, keyfiyyət aşağı düşüb:

“Fermerlər pambığı emal müəssisələrinə verirlər. Bu müəssisələr həm nəmliyi, həm də zibilliyi yüksək göstərirlər. Bu da fermerləri həvəsdən salır. Alternativ şirkətlər də olmalıdır, fermer daha yaxşı şərtlərlə pambıq alanlarla işləyə bilməlidirlər. Eyni zamanda, müstəqil laboratoriyalar olmalıdır. Fermerlər laboratoriyalarda məhsulun nəmliyini yoxlatdıra bilməlidirlər. Ancaq bu sahə də monopoliyaya alınıb”.

Məhərrəmli hesab edir ki, pambıqçılığı inkişaf etdirmək üçün məhsulun emalı və satışı ilə fermerlərin özləri məşğul olmalıdırlar:

“İmkan yaratmaq lazımdır ki, kəndli-fermerlər bizneslərini genişləndirə, daha çox gəlir əldə edə bilsinlər”.
Kənd Təsərrüfatı Nazirliyinin noyabrın sonuna olan məlumatına görə, fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 28.35 sent/ha təşkil edib.

Rəsmi məlumatda deyilir ki, pambıq əkini aparılmış 16 rayondan 7-də – Ağcabədi, Beyləqan, Bərdə, Saatlı, Tərtər, Yevlax və Zərdabda orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir. Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə, 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə, respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

“Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir”, – nazirliyin məlumatında deyilir.

Meydan TV
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO