İflas ərəfəsində olan "Akkord" Zakir Qaralovdan alınır - Belə deyirlər...

09:51 22.12.2022 154
İflas ərəfəsində olan "Akkord" Zakir Qaralovdan alınır - Belə deyirlər...

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) müflis elan oluna bilər.

Buna səbəb son illər şirkətə olunan sifarişlərin sayının sürətlə azalması və şirkətin vergi borcunun yaranmasıdır.

Zamantv.az bildirir ki, məlumatı "qlobal.az"a ASC-də çalışan əməkdaşlardan biri verib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu iddia edilir.

Bu barədə yerli mediada xeyli yazılar dərc edilib.

Zakir Qaralov Baş prokuror vəzifəsindən azad edildikdən sonra şirkətə sifarişlərin sayı kəskin formada azalıb.

Məlumata görə, hazırda şirkətdə vəziyyət o qədər acınacaqlı durumdadır ki, nə işçilərinin maaşlarını, nə də ki vergi borclarını verə bilmirlər.

Savadlı kadr və mütəxəssis heyətinin şirkətdən getdiyi bildirilir.

""Akkord STİK” ASC-nin belə acınacaqlı duruma düşməsinin səbəbi təkcə vaxtilə bu şirkətə himayədarlıq edən Zakir Qaralovun vəzifədən getməsi ilə bağlı deyil. Düzdür, sabiq Baş prokurorun vəzifədən getməsi "Akkord" şirkəti üçün böyük zərbə oldu. Amma "Akkord"un bu duruma gəlməsinin səbəbi həm də sifariş aldığı layihələri, gördüyü işləri keyfiyyətsiz aparması ilə əlaqədardır.

"Akkord"un Quba-Bakı, Bakı-Şamaxı, Zığ-aeroport yollarının inşası zamanı keyfiyyətsiz iş apardığına görə dövlətə yüz milyon manatlarla ziyan dəyib"-deyə, məlumatda qeyd edilir.

Məlumatda məhz keyfiyyətsiz iş apardığına görə "Akkord STİK” ASC-yə işğaldan azad olunan ərazilərdə heç bir iş verilmədiyi deyilir.

"Akkord STİK” ASC-nin ən son layihələrindən biri Şəki Rayon İcra hakimiyyətinin yeni inzibati binasının tikintisi olub.

Şəki Rayon İcra Hakimiyyətinin 2020-ci ilin iyun ayında bu məqsədlə keçirdiyi tenderin məbləği 3.624.820 manat olub.

"Akkord STİK" ASC-nin bu tenderdə qalib elan edilməsində də şübhəli məqamların, daha doğrusu öncədən sövdələşmənin olduğu iddia edilir.

Belə ki, Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov əvvəllər "Akkord" şirkətinin baş mühəndisi vəzifəsində çalışıb.

Elxan Usubov eyni zamanda Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə birinci müavini vəzifəsində çalışmış Rüstəm Usubovun qardaşıdır.

Məhz bu amilə görə "Akkord" şirkətinin Şəki rayon İcra Hakimiyyətinin sözügedən tenderində qalib olduğu səslənən iddalar arasında yer alır.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin hazırda vergi borcu 96.625 manat təşkil edir.

Məlumatda da qeyd olunur ki, ötən həftə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun "Tərtər işi"nə görə sabiq baş prokuror Zakir Qaralovu tənqid etməsi də təsadüfi olmayıb. Bu, Zahir Qaralovla addımların anonunsu sayıla bilər...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO