“1 aydır 50 hektar taxıl sahəmizə su verilmir” - Samuxda ÖZBAŞINALIQ

14:21 29.11.2022 104
“1 aydır 50 hektar taxıl sahəmizə su verilmir” - Samuxda ÖZBAŞINALIQ


“Ötən il 10 hektarlıq üzüm bağlarımız su bölgüsünün düzgün aparılmaması üzündən yandı. 100 tondan çox üzüm və mindən çox üzüm tinglərimiz məhv oldu. Bu il yenə ölkə başçısının kənd təsərrüfatına qayğı və diqqət göstərməsiylə bağlı dediklərinə arxayınlaşdıq. Bu dəfə birgə əkin torpaqları prinsipiylə taxılçılıqla məşğul olmaq istədik. 50 hektar sahədə taxıl əkdik. Ancaq rayonun suvarma sahəsinə rəhbərlik edənləri sahələrimizi susuz qoydu”.

Samuxun Ağasıbəyli kənd sakini Xudaverdi Xuduyev Meydan TV-yə danışır ki, kəndlilər 1 aydan çoxdur 50 hektar taxıl sahəsini suvara bilmirlər. Nəticədə çəkdikləri xərc də batır. Kəndli suvarmada əngəllər yaradan səbəblərdən söz açır.

“Gəlib quyuya gedən elektriki kəsirlər”

Fermer deyir, kənddə artezian quyusu var, ancaq istifadə etməyə imkan vermirlər:

“Tez-tez adamlarını göndərirlər, gəlib arteziana gedən elektriki ayırırlar, səbəb demirlər, heç kimi dinləmirlər, heç kimlə hesablaşmırlar. Suyu istədikləri yerə istiqamətləndirirlər, özləri nəzarət edirlər. Bu özbaşına davranışlardan cana doymuşuq”.

Xudaverdi Xuduyevin sözlərinə görə, əkin sahələrinə verilən suyu kəsəndə şikayət üçün üstünə getməyə məmur da yerində tapılmır. Su idarəsinin rəhbərliyi telefonlarını söndürüb ortadan itir:

“Əlimiz hər yerdən boşa çıxanda, Meliorasiya və Su Təsərrüfatının “8770” Qaynar xəttinə zəng vururuq. Çox vaxt zəngə cavab verən olmur, Cavab verən olanda da “qeydə aldıq” deyib, yola verirlər”.

Xudaverdi Xuduyevin deməsinə görə, səbəb kimi arteziana sərf olunan enerji limitinin bitməsi göstərilir:

“Birincisi, 50 hektar sahəyə bir artezian quyusu azdır, azı üç quyu olmalıdır. İkincisi, əgər, doğurdan da, buna görə sahələrimiz susuzluqdan yanacaqsa, taxılımız məhv olacaqsa, mən öz sahəmə görə elektrik enerjisinin pulunu ödəməyə hazıram, təki məhsulum batmasın”.

“Normayla suvarsalar, hamıya su çatar”

Samux Rayon Suvarma Sistemləri İdarəsinin mühəndisi Sahil Allahverdiyev deyir, əkin sahələrinə suvarma suyu səhər saat 6-dan axşam saat 8-dək verilir:

“1 hektara 1000 kub su verilməlidir. Onlarsa artezianı 1 hektar əraziyə vurub, çıxıb gedirlər, gecə-gündüz suya baxmırlar. Heç yerdə belə şey yoxdur, biz də özbaşına deyilik. Onlar normaya riayət etsələr, hamının əkininə su çatar”.

Prezident İlham Əliyev aprelin 8-də “Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə əlavə dair tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Samux rayonunun əhalisi 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi üçün 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1 milyon manatdan çox pul ayrılıb. //Meydan TV//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO