İran rejissoru qarşısında əzilən kino adamlarımız

11:45 6.07.2018 587
İran rejissoru qarşısında əzilən kino adamlarımız


Zamantv.az lent.az-a istinadən Sevda Sultanovanın yazısını təqdim edir

Bir neçə gün öncə Dövlət Film Fondunda İran rejissoru Məcid Məcidi ilə kino əhlinin görüşü oldu. Doğrusu, bu cür görüşlərə həvəsli deyiləm. Ona görə həvəsli deyiləm ki, mənim üçün müəlliflə ən isti, səmimi kontakt onun filmləridir.

Tədbirə çox yaxın dostumun istəyi ilə qatıldım. Qatıldığıma da peşman oldum.

Çünki həmişəki kimi məşhur adama münasibətdə hörmətdən çox, qıcıqlandırıcı heyranlıq göstərdik, dünyaya özümüzün natamamlıq kompleksindən baxdıq.

Görüşdə səslənən suallar arasında ən bərbadı, yersizi bu idi: "Siz hansı Azərbaycan filmlərinə baxmısız"?

Məcidi "Heç bir Azərbaycan filminə baxmamışam" deyəndə, zaldan xəfif narazılıq dalğası keçdi, kimlərsə yerlərində narahatlıqla qurcuxdu. Cavab zala pis təsir elədi. Bir neçə əhəmiyyətsiz sualdan sonra, bir xanım yenə bu söhbətə qayıtdı, rejissora təklif elədi ki, bizim flmlərimizə baxmamısızsa, emailinizi verin, linkləri atım. Zal yenə yüngülcə silkələndi, yenə natamamlıq kompleksinin işartıları sezildi.

Məsələ budur ki, Məcidinin bizim filmlərə baxmaması faciə deyil. Buna görə natamamlıq kompleksinə girmək infantil davranışdır.

İkincisi, əgər baxmayıbsa, bu, onun milli kinoya hörmətsizliyi yox, Mədəniyyət Nazirliyinin kino siyasətinin fiaskosudur. Neft pullarının gur gələn vaxtı bir milli filmimiz nüfuzlu festivallarında (Berlin, Kann, Venesiya festivallarını nəzərdə tuturam - S.S.) ciddi uğur qazanmayıb. Nədən ki, kino festivallardan tanınır daha çox.

Sonrası, bir qisim kino adamının Məcidiyə xəstəhal heyranlığı, az qala bir-birinə imkan vermədən foto çəkdirmək ehtirası xoş deyildi. Və sanki görüşə gələn aktyorların, aktrisaların fokusunda, bütün cazibələrini işə salaraq Məcididən filmə çəkilmək təklifi almaq idi.

Məcidi isə olanlardan sıxılır, suallardan darıxırdı, ona görə özünü narahat hiss etdiyini deyəndə, bu, daha çox canını qurtarmaq bəhanəsinə bənzəyirdi.

Tədbirdə yalnız bir praktik, konkret sual səsləndi. Bir cavan oğlanın "Tarixi kino çəkəndə nəyi etməmək lazımdır?" sualına Məcidi əhəmiyyətli cavab verə bilmədi.

Ümumiyyətlə, Məcidinin energetikası yorucudur, bütün tədbir boyu o, yeni fikir səsləndirmədi, didaktikaya kökləndi.

İran kinosu deyəndə dərhal ağlıma iki rejissor gəlir. Birincisi, heç şübhəsiz ki, İran kinosunun klassiki Abbas Kiyarustamidir. Niyə Kiyarustami?

Kiyarustami hər filmində fərqli kino fəndlərindən istifadə edib, qeyri-müəyyənliyin ustası Antonioninin yamsılamadan öz qeyri-müəyyənliyinin konsepsiyasını yaradıb. O, neorealizmlə mistikanı, sufizmi birləşdirib, "Kino haqda kino" xəttini filmlərində eksperimentlərə məruz qoyub, hər dəfə fərqli traktovkada təqdim edib.

O, ənənəvi təhkiyədən imtina da edib, riskli forma seçərək minimal məkanda minimal ifadə tərzlərində də işləyib, dramaturji gedişlərini sadəcə iri plandakı üzlərdə də qurub.

İkinci rejissor Cəfər Pənahidir.

Pənahi təcrübəsində mühüm bir şeyi sübut elədi: Ən zor şərtlərdə belə, tükənməz sənət eşqini, sənətkar azadlığını realizə etməyin mümkünlüyünü...

O, İran kinosunda geniş yayılmış basmaqəlib, bəzən spekulyasiyaya çevrilən "yoxsul uşağın çətinliklərə rəğmən vicdanlı davranışı, işıqlı dünyası"nın poetikləşdirilməsini dağıdır, şairanə, sadə təqdim olunan reallığın arxasındakı mürəkkəbliyi fiksə edir.

"Dairə" filmində fasiləsiz plan və orijinal rakurslarla bir qadının hekayəsindən digərinə keçir, ev dustaqlığını siyasi plakata, protestə çevirmir, əksinə bu məhdudiyyət ona yaradıcı axtarışlarına, alternativ ifadə formalarını tapmağa vadar edir: "Bu, film deyil", "Taksi" və s. Onun cəsarətli baxış bucağı, kino dili - metaforlar sistemindən, poetik tərzdən qidalanan ənənəvi İran kinosunun çərçivələrinə sığmır.

Məcidi isə İran kinosunun basmaqəliblərindən kənara çıxmır, ənənəvi təhkiyə qurur, lüzumsuz melodramatizmə gedir, duyğusal vurğular edir. Və İranda onlarla belə film çəkilir. Üstəlik, dini dəyərləri sənət meyarlarından önə çıxır.

Ona görə, küyə düşərək Məcidinin bu qədər şişirdilməsinə ehtiyac yoxdur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO