Hesablama Palatası AZAL-da: Həqiqi yoxlama, yoxsa tamaşa?.. - NƏ BAŞ VERİR?

13:17 14.11.2022 121
Hesablama Palatası AZAL-da: Həqiqi yoxlama, yoxsa tamaşa?.. - NƏ BAŞ VERİR?


Hesablama Palatası AZAL-da aparılan yoxlamalardan sonra qiymətlərin optimallaşdırılmasını tövsiyə edib.
Hamıya məlumdur ki, AZAL -ın təklif etdiyi qiymətlər çox yüksək səviyyədədir. Bu özünü əsasən beynəxalq uçuşlar zamanı büruzə edir. Göstərilən xidmət və qarşılığında təklif edilən qiymət tərs mütənasibdir. Yəni mütəxəssislər belə hesab edir. Amma hər kəsə bəllidir ki, qiymətləri inzibati qaydada endirmək də çıxış yolu deyil. “AZAL” inhisarçıdır, hökumət bu şirkətin rəqabətsiz şəraitdə işləməsinə şərait yaradır. Ona görə də AZAL istədiyi qiyməti diqtə edə bilir.

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, AZAL-ın qiymətləri, aviabiletlərə tətbiq etdiyi qiymətlər AZAL-ın göstərdiyi xidmət üzrə ən yaralı, ən mənfi məqamdır. İqtisadçının fikrincə, bu ondan irəli gəlir ki, AZAL monopolist şirkətdir. Yəni faktiki olaraq ölkədə mülki aviasiya üzrə AZAL-dan başqa heç bir avia şirkət yoxdur, fəaliyyət göstərmir. AZAL-ın praktiki olaraq rəqabət aparmaq üçün qarşısında heç bir digər avia şirkət mövcüd deyil. Bu səbəbdən də, AZAL aviabiletlər üzrə istədiyi qiymətləri tətbiq edir. Tətbiq edilən həmin qiymətləri AZAL-ın göstərdiyi xidmətlərə müvafiq olub-olmadığı qətiyyən heç bir şəkildə nəzərə alınmır.

P.Heydərov deyir ki, bu indinin problemi deyil. Neçə illərdir ki, bu çox ciddi bir müzakirə mövzusu, ciddi bir problem hesab edilir. Haqlı olaraq sərnişinlərin, AZAL-ın xidmətindən istifadə edənlərin narazılığına şərait yaradır. Buna görə də, Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində, bilavasitə bu faktı ortaya çıxarması heç bir halda qeyri-adi bir məsələ hesab oluna bilməz.

“Ümumiyyətlə, Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində üzə çıxardığı neqativ halın, yalnız məhz bundan ibarət olduğu, hətta ciddi mübahisə olunmalıdır. Əslində AZAL monopolist şirkət olduğuna görə, neqativ hal var. AZAL-da hamını narahat edən məsələ aviabiletlərin qiymətlərinin baha olmasıdır. Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində üzə çıxardığı əgər yeganə məsələ bu hesab olunursa, bu heç bir reaksiya doğurmur. Əslində həmin yoxlamaların özünün keyfiyyətinə ciddi şübhələr yaradır. Ortaya ciddi suallar çıxarır. Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində yalnız bu faktın ortaya qoyulması kifayət hesab edilmir”,- deyə o qeyd edib.

İqtisadçı hesab edir ki, mülki aviasiya sahəsində rəqabət şəraitinin yaranmasına nail olunmasa, o zaman AZAL-ın qiymətlərindən vətəndaşların narazılığı ilə qarşılaşacağıq. Bundan sonra qiymət amili məsələsində neqativ hallar davam edəcək. Yəni bütün bu problemlərin həll yolu, bazarda digər iştirakçıların olmasını da təmin etməkdir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO