Həbsdə olan "Barselona"nın keçmiş prezidenti Sandro Rosselin telefon danışıqları dinlənilib.
Zamantv.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, polis danışıqları dinlədikdən sonra katalon klubunun sabiq futbolçusu, hazırda idman direktoru olan Erik Abidala qanunsuz yollarla, orqan mafiyası vasitəsilə qaraciyər alındığını müəyyən edib.
2012-ci ildə "Barselona" xərçəng xəstəsi olan Abidalın müalicəsinə kömək etmişdi və o, müalicəsini tamamlaya bilmişdi. Artıq bunun qanunsuz yollarla edildiyinə dair 4 telefon danışığı sübut kimi var.
Abidalın 2012-ci ildə sağalmasından sonra qaraciyərin əmisioğlu tərəfindən bağışlanıldığı açıqlanmışdı.
Zamantv.az