İcra başçısı Vəliyevin güllələnməsinə sevinənlərin olması nədən xəbər verir?

15:42 4.07.2018 583
İcra başçısı Vəliyevin güllələnməsinə sevinənlərin olması nədən xəbər verir?


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi xəbərinə sevinənlərin olması normal və yaxşı hal deyil.

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa bəzi insanların E. Vəliyevin güllələnməsi xəbərini sevinclə qarşılamasına münasibət bildirərkən deyib.

"Bir nəfərin addımı digərinin xoşuna gəlməyə bilər"

Millət vəkilinin sözlərinə görə, şəxslər arasında münasibətlər mənfi və ya bir nəfər digərindən narazı ola bilər: "Bir nəfərin addımı digərinin xoşuna gəlməyə də bilər. Bu təbiidir və bunu normal qarşılamaq lazımdır. Ancaq kiminsə dövlət hakimiyyət orqanına qarşı kriminal yolla bu cür addım atmasına müsbət yanaşılması yaxşı hal deyil".

Məhkəmə nəzarətinin yerini "kriminal ədalət" tutmağa başlayanda

F. Mustafa diqqətə çatdırıb ki, bu cür yanaşma ümumilikdə cəmiyyətdə olan bir deformasiyanın göstəricisidir: "Bu həm də onu göstərir ki, müəyyən dərəcədə məhkəmə nəzarətinin gücləndirilməsinə, məhkəməyə güvənin artırılmasına ehtiyac var. Çünki məhkəmə nəzarətinin yerini "kriminal ədalət" tutmağa başlayanda cəmiyyətdə müəyyən problemlər artıq idarəolunmaz səviyyəyə gəlib çıxır. Ona görə də bu hal xoşagələn hal deyil".

Ən pis qanunlar dərəbəylikdən daha yaxşıdır

Deputat hesab edir ki, bu, müəyyən dərəcədə ölkədə xaos yaratmaq istəyən qüvvələrin addımı kimi də qiymətləndirilə bilər: "Açığı bunu normal qəbul etmirəm. Hətta hadisənin motivində insanların narazılıq, yaxud hakimiyyətə qarşı münasibətlərinin mənfi olub-olmaması məsələsi də durmur. Sadəcə insanların xaosun yaranmasına sevinməsini anlamaq olmur. Hakimiyyət orqanının təmsilçisinə qarşı cinayət törədilir və ya ona xəsarət yetilirsə, buna xaosa sürükləminin başlanğıcı kimi baxılmalıdır. Xaos isə əslində bütövlükdə insanların özünə xeyirli deyil, hətta ən pis qanunlar belə dərəbəylikdən daha yaxşıdır, ən pis idarəsizlikdən daha faydalıdır. Bu kimi məsələlərdə kifayət qədər kəsərli arqumentlər var".

Sağlam mühakimə ilə yanaşmaq lazımdır

Hadisəni sevinclə qarşılayanları qınadığını vurğulayan F. Mustafa bildirib ki, bu kimi hadisəni müsbət hal kimi görənlərin yanaşması doğru deyil: "Düşünürəm ki, onlar məsələyə sağlam mühakimə ilə yanaşmırlar. Burada şəxsi nifrətdən çıxış etmək doğru deyil. Burada hakimiyyət orqanı təmsilçisinə törədilən cinayətə münasibət önəmlidir. Bu ikisinin fərqini ciddi şəkildə görmək lazımdır".

Qeyd edək ki, iyulun 3-ü axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO