"Türkiyəyə keçmək istəyən ən az 75 manat verib 50 kq tərəvəz almalıdır" - - Naxçıvan sakini NARAZILIQ EDİR

19:51 7.11.2022 148
"Türkiyəyə keçmək istəyən ən az 75 manat verib 50 kq tərəvəz almalıdır" - - Naxçıvan sakini NARAZILIQ EDİR


Naxçıvandan Türkiyəyə getmək istəyənlərə Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində yeni qayda tətbiq edildiyi iddia olunur. İddiaya görə, yeni qaydaya əsasən, qonşu ölkəyə getmək istəyən hər bir şəxs özü ilə ən az 50 kiloqram tərəvəz keçirməlidir.

Bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat veriblər. Onlar bildirir ki, bu şərti yerinə yetirməyənlər gömrükdən buraxılmır.

Şərur rayon sakini Dilqəm Quliyev deyir ki, bu qayda Naxçıvandakı tərəvəz monopoliyasına xidmət edir:
"Türkiyəyə getmək istəyənləri məcbur edirlər ki, 50 kilo tərəvəz alsınlar. Ən ucuz variant kələm və badımcandır. Kilosu 1 manat 50 qəpiyə. Bir nəfər gömrükdən keçmək üçün ən az 75 manat verib 50 kilo tərəvəz almalıdır. Həmin tərəvəzi isə Türkiyədə alan yoxdur. Çünki, orada tərəvəzin qiyməti bizdən 3 dəfə ucuzdur. Çoxları gömrüyü keçən kimi tərəvəzləri çaya atır ki, artıq yük olmasın. O qədər yükü boş yerə niyə daşısın ki? Maraqlı orasıdır ki, monopolistlər elə həmin tərəvəzi Türkiyədən alıb gətirib, bizə üç qat baha qiymətə satırlar. Biz də onu məcbur alıb, bir də Türkiyəyə aparmalıyıq. Çox gülməli duruma düşmüşük".
Şahbuz Rayon sakini Murad Hüseynov deyir ki, təyyarə ilə Türkiyəyə uçmaq çox baha olduğundan, məcbur qalıb, bu şərtlə razılaşırlar:
"Naxçıvan əhalisinin yarıdan çoxu Türkiyədə işləyir və tez-tez Naxçıvana gəlib-gedirlər. Naxçıvandan Türkiyəyə təyyarə bileti 400-500 manatdır. Ona görə hər kəs hesablayır ki, sərfəlisi 70-80 manat tərəvəzə verib, quru yolla getməkdir. Pul qazanmaq üçün hər yola əl atırlar. Bu yaxınlarda mən də Naxçıvandan qayıdanda məcbur olub, 75 manat verib, 50 kilo kələm aldım. Gömrüyü keçən kimi, elə oradaca qoyub, çıxdım. Sonra eşitdim ki, gömrükdə buraxılan tərəvəzləri gömrükçülər yığıb, yenidən başqalarına satırlar. Yəni, ikiqat qazanırlar. Bu səbəbdən də hər kəs apardığını körpüdən çaya atmağa üstünlük verir".("Gündəlik Naxçıvan")
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO