Cavid Qurbanovun hələ də vəzifədə qalan komandası HƏDƏFDƏ... - İLGİNC İDDİALAR...

09:08 20.10.2022 161
Cavid Qurbanovun hələ də vəzifədə qalan komandası HƏDƏFDƏ... - İLGİNC İDDİALAR...


"Azərbaycan Dəmir Yolları" QSC-də daşınmalar sahəsində hədəflənən logistika xidməti istənilən səviyyədə qurulmayıb.

Bu məsələ ilə bağlı bəzi problemlər hələ də həll olunmamış qalır. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin müstəqil logistik xidmətləri həyata keçirə bilməməsi səbəbindən, bəzi firmalar üzərindən daşınmanın əlaqələndirilməsi həyata keçirilib. Xidmət haqqı kimi "Azərbaycan Dəmir Yolları" QSC-nin yük daşınmalarından əldə etdiyi gəlirlərin 25-30 faizi logistik firmaların hesabına köçürülüb.

Zamantv.az Faktinfo.az saytına istinadla bildirir ki, Avropa və Asiya banklarından kreditlər hesabına vaqonlar alınıb, dəmir yolları çəkilib. Digər bir sıra istiqamətlər üzrə də vəsaitlər xərclənib. Hazırda vəsaitlərin köçürülmə və xərclənmə istiqamətləri, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC-nin maliyyə imkanları müstəqil audit korpusu tərəfindən yoxlanılır. Təftişin yekun qərarından sonra Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı bir sıra qərarlar qəbul edilə bilər. Çünki, böyük dövlətlər dəmir yollarının imkanlarını nəzərdən keçirdiyi, dünyadakı daşınmaların 60-70 faizinin nəqliyyat - tranzit xətti üzərindən yürüldüyü önə çəkilərkən, Azərbaycan dəmir yollarının rentabelliyinə laqeyd qala bilməz.

Gözlənilir ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə dəmir yollarını bilən,marketoloq təyin edilsin,zamanla sistemdən kənarlaşdırılan Qurban Nəzirov və hərəkətin idarə olunmsı qrafikini mükəmməl bilən digər savadlı mütəxəssislər geriyə qaytarılsın, sədrin 1-ci müavini Əlirza Süleymanov istisna olmaqla, oradakı müavinlər vəzifələrindən uzaqlaşdırılsın.

Hərçənd, orada islahatların aparılmasını, tenderləri maneəsiz udan podratçı təşkilat rəhbərlərinin sıradan çıxarılmasını bir neçə sədr müavini başda olmaqla, istəməyən qüvvələr ola bilər. Amma görünən odur ki, tenderlərin qalibi olmuş 5 Saylı "İxtisaslaşmış Dəmir Yolu Müəsissəsi" MMC-nin direktoru Rizvan Rzayev, "ADY"-nin tikinti sektoruna rəhbərlik edən, keçmiş sədrin həmyerlisi Xəqani Kazımov, dəmir yollarında tikinti işləri aparmış "Körpü-Bina-Tikinti "MMC-nin sədri Xəlil Göyüşov və digər şəxslərlə yeni düzəndə işlənilməyəcək. Hətta bu və ya digər şəkildə vəsaitlərin köçürülməsində və mədaxilində iştirakçı - maliyyə, mühasibatlıq şöbələrinə "əl gəzdiriləcək."

Faktinfo.az saytı onu da bildirir ki, "ADY"-nin düçar olduğu ağır maliyyə vəziyyəti əhatəli öyrənildikdən sonra nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində yeni dönəm başlayacaq. Bu qaçılmazdır. Çünki, nəqliyyat-tranzit sahəsində Çin, Qırğızıstan, Özbəkistan yeni dəmir yolunun çəkilişini müzakirə etdiyi zamanda,Ələt Ticarət zonasının önəm daşıdığı bir vaxtda Azərbaycan ölkə nəqliyyatının "qan damarı" hesab edilən dəmir yolları infrastrukturuna, bu sahənin inkişafına, logistik imkanların genişləndirilməsinə və dünya üzrə yük daşınmalarındakı payının hazırkı vəziyyətinə biganə qala bilməz.

Mövzuya qayıdacağıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO