Azərbaycanın 15 ildir imtina edə bilmədiyi sistem: - Müəllim və valideynləri üz-üzə qoyur...

10:01 14.10.2022 154
Azərbaycanın 15 ildir imtina edə bilmədiyi sistem: - Müəllim və valideynləri üz-üzə qoyur...


Şagirdlərin təhsildə əldə etdikləri nəaliyyətlərin qiymətləndirilməsi tədris prosesinin əsas hissəsini təşkil edir.

Şagirdlərin qiymətləndirilməsi həm müəllim, həm valideyn, həm də şagirdlərin özü üçün əhəmiyyətlidir. Hazırda Azərbaycan ümumtəhsil məktəblərində Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)" və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmə aparılır. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir. Lakin işləri onsuz da çətin olan müəllimlər tətbiq edilən qiymətləndirmədən narazı idilər. Onlar hesab edirlər ki, qiymətləndirmə çox vaxt aparır. Summativ qiymətləndirmədən başqa, formativ qiymətləndirmənin nəticəsi isə sözlə qeyd olunur ki, bu da özlüyündə vaxt aparan prosesdir. Buna rəğmən, valideynlər müəllimlərin qeydi ilə və yazılan qiymətlə övladlarının təhsildəki bacarıqlarını müəyyən edə, onlara hansı fəndə daha çox kömək lazım olduğunu bilirdilər. Bir neçə gündür sosial şəbəkədə valideynlər müllimlərin “Məktəbli kitabçası”na heç nə yazmadıqlarını qeyd edirlər. Valideynlər bilidirirlər ki, müəllimlər artıq qiymətləndirmənin nəticəsinin müəllim və valideyn arasında körpü rolunu oynayan gündəliyə yazılmayacağını deyiblər. Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da feysbukda yazılanlara münasibət bildirərək qaydaların tətbiqi ilə bağlı yayılan məlumatları təsdiqləyib. Bəs valideyn övladının təhildəki bacarığının qiymətləndirilməsindən necə məlumat alsın? Onun gündəlik dərsə hazırlıq səviyyəsini hansı vasitə ilə öyrənsin?

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Elşən Qafaraov deyib ki, övladının gündəlik təhsil naliyyətləri ilə tanış olmaq valideynin hüququdur: “Ölkədə “Təhsil haqqında” Qanun 2009-cu il iyunun 9-da qəbul edilib. Qiymətləndirmə konsepsiyası 2009-cu ilin martında, yəni bu qanundan öncə qəbul edilib.

Ümumtəhsil dövlət standartlarında qiymətlənməylə bağlı maddə də 2020-ci ildə qəbul edilib. Qiymətləndirmə konsepsiyası 13 il bundan öncə təsdiqlənsə də, məktəbdaxili qiynmətləndirmədə 4-5 dəfə ciddi dəyişiklik edilib.

Qiymətləndirmə konsepsiyası bugünkü reallığı əks etdirmir. İstənilən valideynin hüququdur ki, övladının gündəlik təhsil naliyyətləri ilə tanış olsun. İndiki qiymətləndirmə konsepsiyası formativ, summativ qiymətləndirmə meyarlar üzrə aparılır. Yəni anlayır, qavrayır və s. qeyd edilir. Bu qiymətləndirmə sistemi artıq 15-ci ildir tətbiq olunur. Bu 15 ildə ölkədə fəaliyyət göstərən 152 min müəllimin hamısı hələ də bunu qavramayıb. Valideynlər bunu necə qavrasınlar?! Gündəliyə yazdın ki, uşaq anlayır, qismən anlayır və ya əksinə. İki aydan sonra summativ keçiləndə uşaq 2 və ya 3 qiymət alır. Nəticə etibarı ilə valideyn müəllimə, məktəbə qarşı aqressivləşir”.

Ekspert bildirib ki, formativ qiymətləndirməni müəllimlərin çoxu apara bilmir: “Dəfələrlə təklif etmişik, əgər dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə yaxınlaşmaq istəyiriksə, ilk növbədə sistemləşmiş bilik, bacarıq, vərdişlərin mənimsənməsi və nəticəsinin qiymətləndirmə ilə ölçülməsini dəyişməliyik. Bizdə ölçü meyarları elə qoyulub ki, valideyn də bunu anlamır, heç müəllim də bunu həyata keçirə bilmir. Yeni qiymətləndirmə sistemi təsdiq olunmalıdır. İndiki qiymətləndirmə modeli yamaq olunsa da, bu yamaqla nə müəllimi, nə valideyni qiymətləndirmə sisteminə uyğunlaşdıra bilmişik. Əslində, indi tələb olunan qaydalara uyğundur. Yəni formativ qiymətləndirmədə qiymətləndirmə meyarlarla aparılmalıdır. Amma valideynlər başa düşmədikləri üçün narazıdırlar. Narazılıqlarının kökündə qiymətləndirmənin Azərbaycan cəmiyyətinə uyğun olmaması dayanır”.

Elşən Qafarov deyib ki, bir çox ölkələr bu qiymətləndirmə meyarından imtina ediblər: “Təhsili idarə edən şəxslər bunu çox yaxşı bilirlər. Valideynlər və müəllimlər buna hazır deyillər və ya bunu mənimsəyə bilmədilər. Daha əlçatan, daha obyektiv qiymətləndirmə modelləri tətbiq etmək olardı. Yaponiya, Almaniya, Avropa ölkələrində qiymətləndirmə rəqəm və bal sistemi ilədir. Bu qiymətləndirmə hərflərlə də mümkündür. Amma formativ qiymətləndirmənin sözlə tətbiq olunması təxminən 80-ci illərdə olub, özünü doğrultmayan modeldir. Bunu tətbiq edən ölkələr qısa müddətdə başa düşdülər ki, bu, uğurlu meyar deyil və ondan imtina elədilər.

Azərbaycan isə 15 ildir ki, bundan imtina etmək istəmir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO