Kəmaləddin Heydərovun nüfuzu SARSILIB? - İDDİA

18:27 19.09.2022 188
Kəmaləddin Heydərovun nüfuzu SARSILIB? - İDDİA


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, polkovnik Zaur Mirzəyevin intim videolarının yayılması ölkədə şok effekti yaratdı. Zaur Mirzəyev videoların üzə çıxmasının ardınca əvvəl vəzifəsini, sonra isə azadlığını itirdi.

DİA.AZ yenisabah.az-a istinadla xatırladır ki, hakimiyyətdaxili kompromat savaşının açıq təzahürü kimi qiymətləndirilən bu hadisə uzun müddət ölkə gündəmini zəbt etdi. Məlum videolarla bağlı qalmaqal ən müxtəlif kontekstlərdə müzakirə olunaraq bəzən bir-birinə daban-dabana zidd olan versiyaların ortaya çıxmasına səbəb oldu. Video qalmaqalının FHN-də bir neçə yüksək vəzifəli zabitin başını “yeyəcəyi” ilə bağlı iddialar irəli sürülsə də, Zaur Mirzəyevdən başqa iş yerini itirən olmadı. Onun isə karyerası ilə bir müddət əvvəl vidalaşdığı deyilərək, məsələni unutdurmaq siyasəti həyata keçirildi.

Qeyd edək ki, ilk baxışda “ssenari müəlliflərinin” öz məqsədlərinə çatdığını söyləmək olar. Belə ki, ölkədə çoxdan gündəm dəyişib və Zaur Mirzəyevin adına indi ancaq axtarış saytlarıda rast gəlmək mümkündür.

Dia.az-ın məlumatına görə, FHN-nin yüksək vəzifəli zabitlərindən biri “Yeni Sabah”a deyib ki, kənardan işlər yolunda görünsə də, əslində, daxildə gərginlik səngimək bilmir. Mənbənin sözlərinə görə intim videoların üzə çıxmasından sonra təqsirkarlar barədə ciddi ölçü götürülməməsi Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nüfuzuna sarsıdıcı zərbə vurub. Bu hadisədən əvvəl qətiyyətli nazir kimi xarakterizə olunan Heydərov indi tabeliyində çalışan şəxslər üzərində nəzarət imkanlarını itirən rəhbər kimi tanınır.

Məlumatlı şəxsin dediyinə görə, bu qalmaqaldan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun cəzalandırılacağı gözlənsə də, bu günə kimi onun barəsində heç bir ölçü götürülməyib. FHN-nin dəhlizlərində Kəmaləddin Heydərovun arxalı generallardan sayılan Füzuli Əsədova “bata” bilməməsi ilə bağlı mülahizələr dolaşır. Əməkdaşlar öz aralarında K.Heydərovun gücünün ancaq istintaq prosesində zərərçəkən qismində tanınan bir neçə qadını cəzalandırmağa çatdığını danışırlar.

Mənbə deyib ki, intim videoların üzə çıxması bütövlükdə FHN-nin nüfuzuna ciddi zərər vurub. Onun sözlərinə görə, bu hadisədən əvvəl bütün dövlət qurumları, ələlxüsus da güc strukturları həmrəylik nümayiş etdirərək FHN-nin şəxsi heyətinə qarşı xüsusi diqqət göstərirdilər: “Bir-iki ay əvvələ kimi yol polisi FHN aid maşınları heç vaxt saxlamırdı. Hətta qırmızı işıqdan keçəndə cərimə yazılmırdı. İndi isə tez-tez belə hallarla qarşılaşırıq, bizimlə sıravi vətəndaş kimi davranırlar.

Nazirlikdə hesab edirlər ki, bütün bunlar Kəmaləddin Heydərovun nüfuzdan düşməsinin nəticəsidir. FHN-çilər hakimiyyət komandasında yüksək nüfuza malik olan yeni nazirlə işləməyi arzulayırlar”- deyə mənbə fikrini tamamlayıb.

DİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO