Kitab sərgilərində nə baş verir: "Bu, kitab yox, pulyığma festivalıdır" - İLGİNC İDDİALAR...

17:01 15.09.2022 159
Kitab sərgilərində nə baş verir: "Bu, kitab yox, pulyığma festivalıdır" - İLGİNC İDDİALAR...


Son zamanlar Azərbaycanda kitab sərgiləri tez-tez keçirilsə də, bəzi kitab evləri sərginin keçiriləcəyi yerlərin qiyməti ilə razılaşmır və nəticədə bir çox kitab evləri sərgilərə qatılmaqdan imtina edirlər. Sərgilərin keçirilməsində təşkilatçılıq edən“Caspian Event Organisers” (CEO) adlı şirkət təşkil etdiyi kitab festivallarına bir çox kitab evlərini dəvət edir və qeyd edir ki, keçiriləcək sərgidə hər 1 kv.metr yer üçün 100 azn ödənilməlidir. Bu da minimum 6 kv.metr stend olan yer üçün 600 manat pul deməkdir.
Məsələ ilə bağlı “Ovod” kitab evinin nümayəndəsi Əşrəf Vəliyev problemlə əlaqədar öz şəxsi sosial şəbəkə hesabında bildirib ki, bu, kitab yox, pulyığma festivalıdır: “Deməli, “Caspian Event Organisers” şirkətindən zəng edib, Mədəniyyət Nazirliyinin təşkil etdiyi kitab festivalına dəvət edirlər və qeyd edirlər ki hər kv.m üçün 100 azn ödəməliyik. Yəni minimum 6kv.m olan stend üçün bir kitab mağazası 600 azn ödəməlidir. BƏH!

Əziz Mədəniyyət Nazirliyi, Azərbaycanda kitabçılara və kitaba verdiyiniz dəyəri birdaha bizə göstərdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Əgər səhvim varsa, üzrlü sayın, ama bizdən başqa bu biabırçılığa nəsə yazan kitab mağazası da görmədik.

Nədir axı bu?! Məqsəd onsuz da heç nə qazanmayan kitab mağazalarını soymaqdır?! 600 azn iki Azərbaycan vətəndaşının minimum əmək haqqıdır. 3 günə 6kv.m yer qarşılığında bu məbləği tələb edirsiniz. Onsuz da o mağazalar orada kitabları dəhşət endirimlərlə satır. Çoxumuz da sırf reklam ve məhsullarımızı yeniləmək, oxucularla kontakt qurmaq üçün qatılırıq. Siz də gözünüzü dikibsiniz bizim cibimizə. Əhsən!”

Məlumat üçün bildirək ki, kitab sərgiləri iki il əvvələ qədər Mədəniyyət Nazirliyinin nəzdində keçirilirdi. Son iki ildir ki, kitab sərgisi və başqa bu kimi festival və tədbirləri yuxarıda adını qeyd etdiyimiz “CEO” adlı şirkət təşkil edir. Şirkətin sərgilərə təşkilatçılıq etməsi və kitab evindən yerhaqqı olaraq yüksək məbləğ tələb etməsi bir çox kitab evlərinin növbəti sərgilərə qatılmama ehtimalını gücləndirir. Bu isə Azərbaycanda oxucu kütləsinin artırılması üçün aparılan təşviqata və ümumiyyətlə kitab mədəniyyətinə qarşı ciddi problemlər yarada bilər.

Vaxtilə Mədəniyyət Nazirliyinin öz nəzdində keçirdiyi kitab sərgilərinə təşkilatçılığın birdən birə bu adda şirkətə ötürülməsi və kitab evlərinə qarşı yüksək məbləğdə yerhaqqı istənilməsi anlaşılan hal deyil və bu maraqlı məqam yəqin ki, Nazirliyin özünün məlumatı və göstərişi əsasında baş tutur.
Bizimyol.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO