Özbaşına qalan AZAL istədiyini edir - NƏ ETMƏLİ?

14:59 15.09.2022 126
Özbaşına qalan AZAL istədiyini edir - NƏ ETMƏLİ?


Azərbaycan Hava Yolları (AZAL) Sentyabrın 1-dən Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə onlayn aviabilet bron edərkən “Economy Lite” tarifini təqdim edib. Qeyd edilmişdi ki, bu tarifə yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir, tarif qısamüddətli işgüzar səfərə yollananlar üçün mükəmməldir.

Zamantv.az Marja.az-a istinadən xəbər verir ki, bu tarifi təqdim etməklə AZAL-ın qiymət artırdığı müşahidə edilir. Əgər 2022-ci ilin iyul ayında ən aşağı qiymət olan "Economy Classic" tarifi ilə gediş-dönüş biletini 743 manata almaq mümkün idisə (şənbə günü 08:50-də uçuş, bazar ertəsi 23:25-də qayıdış ), bu gün eyni tarif üzrə gediş-dönüş biletini 776 manata almaq olur. Qısası, qiymət 33 manat artırılıb. Bu artımı ört-basdır etmək üçün yeni minimal tarif olan "Economy Lite” kəşf edilib. Bu gün "Economy Lite” tarifi üzrə gediş-dönüş biletini 725 manata almaq olar. Düzdür, bu minimal bilet qiyməti əvvəlki minimal bilet qiymətindən 18 manat aşağı olsa da, sərnişin 23 kq pulsuz əl yükü, aviabiletin qaytarılması və uçuş tarixinin dəyişdirilməsi imkanlarını itirib. Keçmiş minimal tarif olan "Economy Classic"ə 23 kq pulsuz əl yükü daxil idi, aviabiletin qaytarılmasına, uçuş tarixinin dəyişdirilməsinə cərimə ilə də olsa icazə verilirdi.

Qeyd edək ki, bilet qiymətləri öncədən alma müddətindən, uçuş gününüdən və saatından asılı olaraq fərqli ola bilər. Buna baxmayaraq, əksər variantlarda qiymətlərin artdığı müşahidə edilir.

Bu günlərdə AZAL-ın yeni “Economy Lite” tarifi bir sıra vətəndaşları ziyana salıb. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və valideynləri AZAL-dan təxminən bir həftə öncə bilet alıblar. Lakin gözlənilməz şəkildə Türkiyənin bir neçə universiteti tədrisin başlama tarixini dəyişərək oktyabr ayının əvvəlinə keçirib. Bu səbəbdən bəzi tələbələr və valideynləri Türkiyəyə çox tez getməmək üçün uçuş tarixini dəyişmək məcburiyyətində qalıblar. Amma AZAL “Economy Lite” tarifində uçuş tarixinin dəyişdirilməsinə icazə vermədiyindən bu tarif üzrə bilet alanlar yenidən xərcə düşməli olublar.

“Economy Lite” tarifi üzrə bilet almış zərərçəkənlərdən biri Marja-ya bildirdi ki, bu tarifdə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi kobud inhisarçılıqdır:

"Qiyməti "Economy Lite” tarifindən təxminən 20 manat yüksək olan "Economy Classic" tarifi üzrə uçuş tarixinin uçuşdan əvvəl 60 avro cərimə ilə dəyişdirilməsinə icazə verilir. "Economy Lite” tarifində isə bu imkan yoxdur. "Economy Lite” bileti üzrə 80 avro cərimə ilə də olsa uçuş tarixinin dəyişdirilməsinə icazə verilə bilərdi. Vətəndaşın tamamilə pulunu itirməsi nə deməkdir?! Başa düşdük, 18 manat ucuz bilet satmaq üçün 23 kq pulsuz baqaj imkanını vermirsiniz, amma cüzi qiymət fərqinə görə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi ədalətsiz hərəkətdir, bu kobud inhisarçılıq əlamətidir. Bazara nəzarət edən qurumlar daha çox kiçik sexləri, marketləri, mağazaları cərimələməklə məşğuldurlar. İri şirkətlərin haqsız şərtlərinə göz yumurlar".

AZAL bildirir ki, bilet alarkən "Lite" tarifində qaydalar qeyd olunur. Başqa sözlə, özünün ağır şərtini vətəndaşa diqtə edir. İstehlakçıların hüquqlarına cavabdeh olan dövlət qurumu, bir sıra dövlət şirkətinin, o cümlədən AZAL-ın tariflərini araşdırmalı, ədalətsiz, vətəndaşa ziyan vuran şərtlərin ləğvi üçün göstəriş verməlidir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO