Zəfər Rəisoğlunun “beynəlxalq standart”ları və ya Şeyx Nəsrullahın MİSLİ CADUSU...

18:21 10.08.2022 213
Zəfər Rəisoğlunun “beynəlxalq standart”ları və ya Şeyx Nəsrullahın MİSLİ CADUSU...


Xeyli müddətdir vətəndaş təəssübkeşliyindən doğan dərin narahatlıqla bu mövzuya toxunmaq istəyirdim. Təəssüf ki, “Azərlotereya”nın ölkədə yaratdığı labirinti və xalqa kələk gəlməyin “metodologiyası”nı araşdırmaq üçün bu mövzuya indi baş vurmağı məqsədəuyğun hesab etdik. Təbii, bir yazı ilə “Azrlotereya”nın xalqın necə tələyə salmasını şərh etmək çətindir, ona görə də davamlı araşdırmaqlarımızın şahidi olacaqsınız.

Bəli, söhbət “Azərlotereya”nın Azərbaycanda yaratdığı antimilli qumar bazarından gedir.

Əvvəlcə ölkəmizdə bu məsələ ilə bağlı vəziyyəti araşdırmağa çalışdım. Maraqlı nüanslar ortaya çıxdı.

Bütün ölkələrdə qanuniləşdirilmiş qumar bazarı mövcuddur. Amma heç bir ölkədə qumar bazarı xalqın genefondunun dağıdılmasına hesablanmayıb, ölkədə sosial partlayışların ilkin “mina”ları kimi təkmilləşdirilməyib. Amma… Azərbaycan istisna! Ölkəmizdə “Azərlotereya”nın bütün fəaliyyət istiqamətləri ailələrdə sosial problemlərin pik həddə çatmasına, xalqın sürətli şəkildə yoxsullaşdırılmasına və gənclərin narkotikdən sonra ikinci bir böyük bir bəla ilə – lotereya” ilə məhv edilməsinə yönəlib. Qumar biznesi milli dəyərləri tapdalayırsa, onun qanuni fəaliyyətinə heç bir halda bəraət qazandırmaq olmaz.

Mənim burada Amerika kəşf etmək fikrim yoxdur.

Zəfər Rəisoğlunun qumar biznesinin uyuşdurucu həbləri…

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlunun ölkə mətbuatına verdiyi müsahibəni oxudum.

Hörmətli Rəisoğlu deyir:

“Hər iki ölkədə (Yəni, Azərbaycan və Türkiyədə) mentaliteti bir-birinə çox yaxın olduğundan deyə bilərəm ki, insanlar arasında da şans oyunlarına münasibət eynilik təşkil edir. Bu baxımdan Azərbaycanda öz vətənimizdəki kimi hiss edirik. Yerli əhalinin istəkləri ilə daim maraqlanır, onların marağını təmin edə bildiyimizi düşünürük”.

Çox humanist yanaşmadır. Elə deyilmi? Sən demə Hatayda yaşayan bir ərəblə, Trabzondakı bir lazla mənim mentalitetim eyni imiş… Siz öz fikirinizdə qalın, cənab Reisoğlu! Maraqlıdır, niyə Türkiyədən gələn qumarbaz belə məsələlərə milli aspektdən yanaşır, pul qazanmaq ehtirasında belə pafosdan istifadə edir. Amma öz aramızdır, yaxşı ki, “Bir millət, iki dövlət” şüarını səsləndirməyib.

Keçdik digər suala, yəni Rəisoğlunun suala cavabına.

“Son zamanlar “Azərlotereya”nın “Poz Qazan” lotereyasına artan marağı nə ilə əlaqələndirərdiniz? “Poz Qazan”ın bu qədər populyar olmasının səbəbini necə izah edərdiniz?”

Həmkarımın ona verdiyi pafoslu sualdan ehtirasa gələn cənab Rəisoğlu deyir:

“Aparılan müşahidələr onu göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb”.

Azərbaycan öz müstəqilliyini yeni qazananda ən çox eşitdiyimiz söz birləşmələrindən biri də “beynəlxalq standartlar” idi. İnanın, içi mən qarışıq milyonlarla azərbaycanlı həyat tərzimizin bütün istiqamətlərinin “beynəlxalq standartlar”lara uyğunlaşdırılmasını o qədər istəyirdi ki… Demək alındı. Yoxsa, Rəisoğlu Azərbaycan xalqının cibinə girməyin yollarını beynəlxalq standarlara əsasən həyata keçirməzdi. O hansı beynəlxalq standartdır ki, sadə vətəndaşın ailəsinə aparacağı qəpik-quruşu əlindən almağın yollarını öyrədir!? Hətta şans adı ilə insanlarda azar yaradır, asılılıq və nəticədə onsuz da gündəlik dolanışıq üçün çalışan sadə azərbaycanlını daha da bədbaxt günə qoyur. Gəlişi gözəl sözlərlə insanları aldatmaq texnologiyasını mənimsəmiş bu şəxs və ya şəxslər törətdikləri bəlaların həcmini görməməzlikdən gəlirlər. Əvəzində mentalitet bağlarından, insanları şirnikləndirən rəqəmlərdən, uduş məbləğindən istifadə edərək, zamandan yaxşıca yararlanırlar.

Dediklərim bir daha cənab Rəisoğlunun növbəti cavabında öz təsdiqini tapır. Diqqət yetirin:

“Böyük uduşlara sahib olan qalibləri görənlərdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu, nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir”.

Bəli, doğrudur. İnam hissi artır. Çünki siz “sosial-psixoloji” vəziyyəti yaxşı olmayan minlərlə vətəndaşı dediyiniz beynəlxalq standartlarla – texnologiya ilə torunuza salırsınız. Dediyiniz kimi insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblərdən yararlanırsınız. Yaratdığınız “Poz qazan”, “40.000.000 Pul Yağışı”, “Brilliant -3”, “Uğurlu 7” və sairə oyunlarla maddi vəziyyətinizi zənginləşdirir, əhvalınızı yüksəldirsiniz. Əvəzində isə sadə vətəndaşlar itirdikləri pulların, düşdükləri vəziyyətin əzabını çəkir. Bunun səbəbkarı siz və sizin kimi “beynəlxalq standart”ları vətəndaşa sırıyanlarsınız!

Hesab edirəm ki, hələlik bəsdir. İnsanlıq və heç bir ədalət prinsipinə sığmayan bu “beynəlxalq standart”ların üzərindən oyun quran, qumar olmadığına özünü və vətəndaşları inandıran hər kəs haqq-hesab tərəzisini unutmamalıdır. Dünyanın fırılandığını və atdığınız bumeranqların bir gün özünüzə qayıdacağını da düşünün! “Mentalitet” sözündən isə bir də heç vaxt istifadə etməyin. Bunun sizin “oyun”larınıza aidiyyatı yoxdur.

Sonda isə cənab Zəfər Rəisoğluna və “oyundaşlarına” bir sualım var:

Yaxınlarınızın, sizə əziz olan şəxslərin yaratdığınız bu “beynəlxalq standart”lardan istifadə etməsinə razı olardınızmı?

Ramil Məmmədli
Hərbi-siyasi analitik //pravda.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO