Şəkidə bu səhiyə ocağı AĞLI BAŞDAN ALIR... - Sözün əsl mənasında...

11:07 9.08.2022 176
Şəkidə bu səhiyə ocağı AĞLI BAŞDAN ALIR... - Sözün əsl mənasında...


Xeyli müddətdir ki, Şəki şəhəri, Muxtar Hacıyev-14 ünvanında fəaliyyət göstərən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında qol qoyulan çoxsaylı qanunsuzluqlar, bənzəri olmayan biabırçılıqlar, olmazın həngamələr və s., həm geniş ictimaiyyətin müzakirə etdiyi, həm də əksər media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib.

Zamantv.az Atvaktual.az-a istinadən bildirir ki, hər dəfə baş verən iyrəncliklərə bu səhiyyə müəssisəsinin rəhbəri “əlahəzrət” Natiq İsmayılov hansısa “don geydirməyə” çalışsa da, deyəsən artıq bu şəxsin söylədiyi yalanlar “ayaq tutub yerimir”.

Onu da unutmaq olmaz ki, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Natiq İsmayılov, çox zaman fırıldaq əməlləri ilə geniş ictimaiyyəti çaşdırmağı bacarıb. Baxmayaraq ki, bəzi nüfuzlu media qurumlarında yayımlanan məqalələrdə qeyd olunub ki, bu Xəstəxanada müalicə olunan bəzi xəstələrin əməyindən fiziki işlərin görülməsində istifadə olunur, heç bir əsas olmadan xəstələrin yaxınlarından pul alınır, hətta elə hallar da olur ki, xəstələr həkimlərin fiziki zərbələrinə “tuş gəlirlər”.
Natiq İsmayılovun bugünkü fırıldaq əməllərindən biri də, əslən Şəki şəhərindən olan və hal-hazırda “ARB” televiziya kanalının mühasibatlıq şöbəsində yarım ştat vahidi üzrə çalışdığı söylənilən Şamxal adlı şəxslə qurduğu işbirliyinin varlığıdır. O halda sual oluna bilər ki, görəsən hər iki şəxs nə yöndə iş-güc düzüb qoşublar ki, bu gün onların əməlləri daha çox müzakirə obyektinə çevrilib?. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, daim yerlibazlıq amilini özünün qəlbində və unutmadığı düşüncəsində, eyni zamanda ürək nahiyəsinin sağ və sol cinahında gəzdirməyə qərar verən Natiq İsmayılov, əslən Şəki şəhərindən olan Şamxal adlı şəxsə əməlli-başlıca “yaşıl işıq” yandırıb. Belə ki, o, bu şəxsi həm Şəki Rayonlararası Psixiatriya Xəstəxanasına baş mühasib təyin edib, həm də ona mətbuatın və ictimaiyyətin suallarını cavablandırmaq səlahiyyəti verib. O halda sual oluna bilər ki, görəsən media hara, mühasibatlıq hara? Deməli, Natiq İsmayılovun mediadan və ictimaiyyət nümayəndələrindən “qaçaq düşməsi”nin, həmçinin başqa bir “kölgə”nin altında sığınıb gizlənməsinin müəyyən özəllikləri var. Məsələnin daha maraqlı və düşündürücü tərəfi isə ondan ibarətdir ki, xüsusi səlahiyyətlərə sahib olan Şamxal adlı şəxs, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasına üz tutan media nümayəndələrinə qarşı, sanki “Qoçu Əsgər” rolunda çıxış edir. Bu da o demək olur ki, nə Natiq İsmayılov, nə də ki, Şamxal heç bir qanun-qaydanı, lazımi tələbləri “priznavat” etmirlər. Hələ bunlar harasıdır? Artıq hər kəs tərəfindən Natiq İsmayılovun “görən gözü, vuran qolu” hesab olunan Şamxal adlı şəxs, məhz orda-burda “Mən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının müfahizə xidmətinə də rəhbərlik edirəm” deməyi də unutmur. Yəni, bu şəxsin söylədiklərinə cavab olaraq o sualı da vermək olar ki, görəsən söhbət hansı mühafizə xidmətindən gedir? Deməli, Natiq İsmayılov Şamxala elə bir ixtiyar verib ki, o, həm özünü “Qoçu Əsgər” hesab edir, həm mühafizə xidmətinin (olmayan mühafizə xidmətinin) rəisi adlandırır, həm də ki, külli-ixtiyar sahibi də hesab edir. Hətta, onun “Bilirsinizmi, mən bir neçə müəssisədə mühasib işləyirəm” deməsi də onu sübut edir ki, bu şəxs daha çox Natiq İsmayılovla işbirliyində olur və hər cür maxinasiyaları yola verməyi də bacarır.
Düşünürük ki, Nazirlər Kabinetinin 01 yanvar 2020-ci il tarixli qərarı əsasında TƏBİB-in tabeliyinə keçən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında baş verən hər cür hoqqalar, bu qurumun İdarə Heyətinin sədri vəzifəsini daşıyan cənab Vüqar Qurbanovun diqqətini cəlb edəcək. Yəqin ki, o halda Natiq İsmayılova “dur” da deyiləcək. Yoxsa, ...
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya yenidən qayıdacağıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO