Fransada prezident seçkilərinin ikinci turunda “exit-poll”un ilkin nəticələri məlum olub.
Yayılan xəbərlərə görə, səsvermədə hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.
O, səslərin 55-58% faizini toplaya bilib. Dövlət başçısı Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət edərək qələbəsini elan etməyə hazılaşır.
Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində də Makron məhz Le Penə qalib gəlmişdi. O zaman hazırki prezident səslərin 66,1 %-ni toplamışdı.
Xatırladaq ki, Fransa prezidenti beş il müddətinə seçilir.
Mənbə: “RİA Novosti”
Zamantv.az