Gündəm / Kriminal / Dünya
14:47
24.04.2022
151
Rusiyanın Tomsk vilayətində ölümlə nəticələnən avtoqəza olub.
Zamantv.az yerli mediaya istinadla bildirir ki, hadisəyə səbəb sürücünün sərxoşluğu olub.
Belə ki, vilayətin Şeqarski rayon Polis Şöbəsinin 24 yaşlı əməkdaşı qeyri-iş saatlarında sərxoş halda sükan arxasına keçib. İdarəetməni itirən polis sürücü 16 yaşlı 2 qızı vuraraq, öldürüb.
Hadisədən sonra o, xidmətdən uzaqlaşdırılıb. Tibbi ekspertiza polisin qanında spirt olduğunu sübut edib və o, həbs edilib.
Zamantv.az