Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qısa zaman ərzində türk dünyası mədəniyyəti, zəngin tarixi, milli-mənəvi dəyərləri əhatə edən müxtəlif layihələrə imza atıb. Həyata keçirilən bir sıra layihələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının imzaladığı bəyannamədə öz əksini tapıb.
Fondun türk dünyasına xas maddi irsin mühafizəsinə xüsusi diqqət ayırdığını, məhvolma təhlükəsi ilə qarşılaşan tarixi abidələrin siyahısının hazırlanmasına başladığını vurğulayan G.Əfəndiyeva, həmçinin nümunə olaraq Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsi və ətraf rayonlarında tarixi və mədəniyyət abidələrinə vurulan zərər haqqında həyata keçirilən tədqiqat işlərindən bəhs edib.
Şabran Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova
Zamantv.az