Soyqırımı gerçəkləri haqda məlumatlar tarixi faktlarla gənclərə çatdırıldı - FOTO

15:45 31.03.2022 208
Soyqırımı gerçəkləri haqda məlumatlar tarixi faktlarla gənclərə çatdırıldı - FOTO
Martın 30-da “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “1918-ci il 31 mart soyqırımı gerçəkləri” adlı tədbir keçirilib. Tədbir tariximizin ən qanlı səhifələrindən biri olan ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 Mart Soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, baş vermiş qırğınlar və soyqırımı gerçəkləri haqqında məlumatları tarixi faktlarla gənclərə çatdırmaq məqsədilə təşkil olunub.

Dövlət himninin səsləndirilməsi, soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi və əməkdaşları, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri, könüllülər və üzv gənclər iştirak ediblər.

Açılış nitqləri ilə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov tarixən erməni vandalları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətindən, xalqımızın soyqırımına və deportasiyaya məruz qalmasından danışıblar.

Bildirilib ki, gənclərin bu tarixi gerçəklikləri dərindən öyrənərək həm yerli, həm də beynəlxalq platformalarda, müxtəlif internet resurslarında, qlobal sosial şəbəkələrdə geniş təbliği zəruridir. 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusilə qeyd edilərək, məhz ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyi vurğulanıb.

Tədbirin qonağı, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tərəfindən 31 Mart Soyqırımının səbəbləri, həyata keçirilməsi üsulları, nəticələri haqqında tarixi faktlarla ətraflı məlumat diqqətə çatdırılıb və gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Soyqırımı gerçəkləri haqda məlumatlar tarixi faktlarla gənclərə çatdırıldı - FOTO
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO