Bu gün Qətərin paytaxtı Dohada FIFA-nın 72-ci Konqresi keçiriləcək.
Zamantv.az xəbər verir ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, icraçı vitse-prezident Elxan Məmmədov və baş katib Sərxan Hacıyev iştirak edəcəklər.
Qeyd edək ki, FIFA-nın 72-ci Konqresində əsas müzakirə olunan məsələlərdən biri Rusiya Futbol İttifaqının üzvlükdən çıxarılması ilə bağlı olacaq.
Zamantv.az