Braziliyanın Amazonas əyalətində iki qardaş - yeddi yaşlı Qlaukon və doqquz yaşlı Qleyson cəngəllikdə yoxa çıxıb və bir ay sonra təsadüfən sağ-salamat tapılıb.
Uşaqların itkin düşməsindən bir həftə sonra axtarış-xilasetmə əməliyyatı mənasız olduğuna görə dayandırılıb.
Oğlanlar fevralın 18-də quş tutmaq üçün evdən çıxarkən itkin düşüblər. Uşaqların axtarışı ilə yüzlərlə adi braziliyalı və fövqəladə xidmətlər məşğul olub. Fevralın 24-də xilasedicilər ümidlərini itirib və əməliyyatı dayandırıblar.
Qlaukon və Qleyson martın 15-də təsadüfən bir ağac kəsən tərəfindən evlərindən altı kilometr aralıda yerləşən Laqo-Kapana təbiət qoruğunda tapılıb. Uşaqlar giləmeyvə yeyərək və yağış sularını içərək sağ qalıblar.
Hazırda qardaşların vəziyyəti ağır, lakin stabildir. Onlar ştatın paytaxtı Manaus şəhər klinikasındadırıar. Oğlanlar çəkilərinin 50% -ni itiriblər. Hazırda onlara maye yemək verilir.
Mənbə: knife.media
Zamantv.az