Şamaxıda icra başçısı xadimə ilə intriqaya girdi – Məktəbdə nə baş verir?

15:30 18.06.2018 718
Şamaxıda icra başçısı xadimə ilə intriqaya girdi – Məktəbdə nə baş verir?


Şamaxı rayon 3 nömrəli tam orta məktəbin xadiməçisi Əliyeva Gülmirə rayon icra başçısının qəzəbinə tuş gəlib.

Zamantv.az İnterpress.az-a istinadən xəbər verir ki, Böyük Xınıslı kəndinin yollarından və digər kommunlar problemlərdən şikayətlənən kənd sakinləri problemlərini bölüşmək üçün Şamaxı Rayon İcra Hakimiyyətinə üz tutublar. Amma onların çağırılmamış qonaq kimi İcra Hakimiyyətinə təşrif buyurmaları rayon meri Asif Ağayevin qəzəbinə tuş gəlib. Bundan qəzəblənən başçı şikayətə gələnləri cəzalandırmağı düşünüb. Elə buna görə də, o, şikayətə gələnləri icra hakimiyyətindən qovmaq üçün şəhər polislərini cəlb edib.

Bundan sonra başçının sifarişi ilə şikayətçilərin kimliyi araşdırılıb. Məlumatda deyilir ki, A.Ağayevin rayon polis şöbəsinin rəisinə verdiyi xüsusi tapşırığına görə, sözügedən şikayətçilərdən rayonda çalışanların hamısının işdən çxıarılması göstərişi verilib. Elə buna görə də, onların arasında təkcə Şamaxı rayon Böyük Xınıslı kənd sakini Əliyeva Gülmirə əməkçi olduğundan işdən çıxarılmaqla cəzalandırılıb.

Belə ki, G.Əliyeva başçı Ağayevin xüsusi tapşırığı ilə çalışdığı 3 nömrəli tam orta məktəbdəki xadimə vəzifəsindən kənarlaşdırılıb. Məktəb rəhbərliyi G.Əliyevanın işdən çıxarılmasını onun öz istəyi ilə baş tutduğunu bildirib. Məlumatda vurğulanır ki, sözügedən məktəbin direktoru Əliyeva Sevda icra başçısının qəbuluna gətirilib və başçı ondan xadimənin işdən çıxarılmasını tələb edib. "Ya sən direktor vəzifəsinən kənarlaşdırılacaqsan, ya da xadimə" – deyə, icra başçısı Asif Ağayev məktəb direktoru Sevda Əliyevanın qarşısına şərt qoyub.

Məsələ haqqında İnterpress.az-ın əməkdaşına danışan G.Əliyeva bildirib ki, haqqının tapdalandığına görə müvafiq orqanlara şikayət edəcək. O, mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, Vitse-Prezidetn Mehriban Xanım Əliyevadan və təhsil naziri Ceyhun Bayramovdan xahiş edib ki, sözügedən məsələ araşdırılsın.

Məlumat üçün bildirək ki, bu hadisədən sonra A.Ağayev şikayətçilərin acığını bütün kənd sakinlərindən çıxmağa başlayıb. Həmin gündən etibarən Böyük Xınıslı kənd sakinləri rayon icra başçısının göstərişi ilə təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev adı mətbuatda ən çox hallanan başçılardan biridir.

Xatırladaq ki, məktəbin direktoru Əliyeva Sevda 2011-ci ildən bu vəzifəni icra edir. O, icra başçısının rayonda ən yaxın adamlarından biri kimi tanınır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO