İstanbulun “Tophane” parkında təxminən 50 nəfərlik iki qrup arasında başlayan qartopu oyunu silahlı döyüşə çevrilib.
Zamantv.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, silahlardan istifadə edilən davada 6 nəfər yaralanıb.
Dava anları təhlükəsizlik kameralarına da düşüb
Polis qrupları, silahla atəş açan da daxil olmaqla cəmi 4 nəfəri nəzarətə götürüb, yaralılar isə xəstəxanaya aparılıb.
Məlumata görə, hadisə martın 12-də axşam yerli vaxtla saat 21:15-də baş verib. Parka gələn təxminən 50 nəfərdən ibarət 2 qrup qartopu oynamağa başlayıb. Bir müddət əylənən qruplar arasında qartopu atdıqları üçün mübahisə düşüb. Mübahisə davaya çevrildikdən sonra iki qrup yumruq və təpiklə bir-birinə hücum edib. Davam edən davada iştirakçılardan biri silahını çıxararaq qarşı qrupa güllə yağdırıb. Qəfil baş verən silahlı qarşıdurmada 6 nəfər bədənlərinin müxtəlif yerlərindən yaralanıb
Zamantv.az