Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.
Zamantv.az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində körpünün üzərində baş verib.
Tural Məcidovun “Daewoo” markalı nəqliyyat vasitəsi qəfil xarab olub. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı maşını idarə edən Zaur Rzayev sükana nəzarəti itirib.
Buna görə də onun avtomobili yolda dayanan “Chevrolet”-ə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Fakt araşdırılır.
Zamantv.az