Masallı şəhərində, mebel sexinin ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 8 m² olan qurutma otağında avadanlıqlar və 5 m³ taxta material yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Zamantv.az