Avropa Parlamentinin deputatları yekdilliklə Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyən və Moskvaya qarşı sərt sanksiyaların tətbiqinə çağıran qətnaməni təsdiqləyiblər.
Avropa Parlamentinin deputatları Aİ-ni Ukraynaya birlik üzvlüyünə namizəd statusunun verilməsi üzərində işləməyə çağırıb.
Parlamentarilər Rusiyadan neft və qaz idxalını məhdudlaşdırmaq və bütün limanları Rusiya gəmiləri üçün bağlamağı təklif ediblər.
Onlar qeyd ediblər ki, Rusiyaya qarşı sanksiyalar genişləndirilməli, iqtisadiyyat və strateji hərbi-sənaye bazasının zəifləməsinə yönəldilməlidir.
Həmçinin, qətnamədə Avropa Parlamenti Aİ-ni Rusiya və Belarusu SWIFT-dən tamamilə ayırmağa çağırıb.
Birlik ölkələrində Rusiya Federasiyasının diplomatik və konsulluq nümayəndəliklərinin sayının azaldılması təklif edilib.
Bununla yanaşı, sənəddə iqtisadiyyatı dəstəkləmək üçün Ukraynaya çox milyard dollarlıq yardım göstərmək planı hazırlanması planı irəli sürülüb.
Mənbə: TASS
Zamantv.az