“Polşa Ukraynadakı münaqişədə tərəfi deyil və öz təyyarələrini ora göndərməyəcək”.
Bu sözləri Polşa Prezidenti Andjey Duda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra bildirib.
“Biz öz təyyarələrimizi (Ukraynaya - red.) göndərmirik, əks halda bu, NATO-nun münaqişəyə daxil olması demək olardı. Alyans münaqişədə tərəf deyil. Təyyarələrimiz hazırda Ukraynaya uçmur”, - deyə Polşa Prezidenti vurğulayıb.
Mənbə: RİA Novosti
Zamantv.az