Bakıda 60 yaşlı kişi küçədə gecəyarısı qardaşının arvadını döydü, kürəkənini isə... - TƏFƏRRÜAT

14:46 1.03.2022 184
Bakıda 60 yaşlı kişi küçədə gecəyarısı qardaşının arvadını döydü, kürəkənini isə... - TƏFƏRRÜAT
Bakının Xəzər rayonunda 1962-ci il təvəllüdlü Kazım ailə münaqişəsi zəminində qardaşının arvadı Ədilə və onun kürəkəni Elbəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. Zamantv.az demokrat.az-a istinadən xəbər verir ki, Kazım 29 iyun 2021-ci ildə, saat 22.30-da Türkan qəsəbəsində Dəniz kənarı küçədə Elbəyin evinin həyətyanı sahəsinə gedib. Orada ucadan səs-küy salıb, Elbəyin narahatlığına səbəb olub.

Elbəy Kazımdan həyətini tərk etməsini tələb edib. Kazım isə oranı tərk edərkən söyüş söyüb, evin qarşısındakı küçədə Elbəyin ondan nəyə görə söyüş söydüyünü soruşduqda, onun sol qaşüstü nahiyəsindən yumruqla vurub.

Daha sonra Kazım Elbəyin yaxasından tutaraq itələyib. Elbəy yerə yıxılıb, xəsarət alıb.

Bundan başqa, Kazım həmin gün saat 23.45-də Türkan qəsəbəsində əsas yoldan 500 metr aralıda olan küçədə dayanmış Ədilədən yolda niyə durduğunu soruşub. Ədilə isə evə getdiyini bildirib. Bu zaman Kazım onu da yolun ortasında döyüb.

İstintaq orqanı tərəfindən Kazımın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ədilə onun vəfat etmiş qardaşının arvadıdır: “Elbəy isə Ədilənin qızının həyat yoldaşıdır. Onların heç biri ilə heç bir ədavətim yoxdur. İyunun 29-da, saat 22.30-da qardaşım Həbib ilə birlikdə dəniz kənarına gedərkən Elbəyin evinin yanından keçdikdə onun həyətinə daxil olduq. Biz sərxoş olduğumuz üçün səsimizin tonunu idarə edə bilmirdik. Həmçinin, mən bir az ağır eşitdiyimdən Həbib ucadan danışırdı. Bu zaman Elbəy evindən çıxdı, bizim yanımiza gələrək aşağı tonda danışmağımızı və onun həyətini tərk etməyimizi tələb etdi. Bundan əsəbiləşərək ünvansız söyüşlər söydüm, Elbəyin həyətini tərk etdim. Elbəy söyüş söydüyümə görə irad bildirdi. Mən isə bundan əsəbiləşdim, Elbəyin üz nahiyəsindən yumruqla vurdum və əllərim ilə onun yaxasından tutaraq itələdim. Nəticədə Elbəy yerə yıxıldı. Bundan sonra biz oranı tərk edərək getdik”.

Təqsirləndirilən şəxs deyib ki, bir qədər sonra əsas yolun yaxınlığında Ədilənin tək dayandığını görüb: “Ona yaxınlaşaraq gecə vaxtı burda nə etdiyini soruşdum. Ədilə evə getdiyini və bunun mənə heç bir dəxli olmadığını bildirdi. Bundan əsəbiləşdim, Ədiləni söydüm. Onun üz nahiyəsindən 3 dəfə yumruqla vurdum. Kənarda olan tanımadığım bir şəxs müdaxilə edərək bizi ayırdı. Bundan sonra evə getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elbəy bildirib ki, iyunun 29-da, saat 22.30-da həyətində Kazım tərəfindən döyülməsi ilə bağlı qayınanası Ədiləyə zəng edərək məlumat verib.

Zərərçəkmiş qismində tanınan Ədilə isə bildirib ki, dərhal Elbəyin evinə gedib və onun bədəninin müxtəlif nahiyələrində xəsarətlər olduğunu görüb: “Elbəy mənə Kazım və Həbibin sərxoş vəziyyətdə evinin həyətinə gələrək səs-küy saldıqlarını, buna görə də onlara sərxoş halda evinin həyətinə gələrək səs-küy salmalarına irad bildirdyini, onu vurduqlarını bildirib. Mən də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə məlumat verdim. Polis əməkdaşları mənimlə əlaqə yaradaraq gəldiklərini bildirdi. Polisləri qarşılamaq üçün əsas yoldan 500 metr aralıda yerləşən küçəyə çıxdım. Burada Kazım mənim qarşıma çıxdı. Kazım məndən hara getdiyimi soruşdu. Kazıma evə getdiyimi bildirdim. Bu zaman Kazım məni söyərək yumruqla sağ üz nahiyəmdən vurdu. Mən də büdrədim. Kazım təkrar olaraq sol üz nahiyəmdən və burnumdan yumruqla vurdu. Yerə yıxıldım. Bu zaman tanımadığım bir şəxs məni Kazımın əlindən aldı. Kazım uzaqlaşaraq getdi”.

Ədilə deyib ki, Kazım ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Kazım 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs növündə qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından dərhal həbs edilib.

Kazım cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO