Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə TSEK- in ötür- ötür oyunu hələ də davam edir.

13:31 16.06.2018 1 801
Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə TSEK- in ötür- ötür oyunu hələ də davam edir.

Ölkə prezidenti cənab İlham Əliyev xalqın tələbi ilə 11 aprel 2018- ci il tarixində
Prezident seçildikdən sonra vəzifə səlahiyyətlərindən sui istifadə edən rüşvətxor və
korrupsioner məmurlara qarşı mübarizəyə başlaması xalqda böyük ruh yüksəkliyi
yaradıb.


İnsanlarımız cənab Prezidentin öz xalqına olan sevgisinə əmindir və
inanırlar ki, ölkə vətəndaşlarına qarşı haqsızlıq edən və onların problemlərinə
sayğısız yanaşan hər bir məmur öz layiqli cəzasını alacaqdır.

Əmək qabiliyyətini itirib və əlillik dərəcəsi almaq üçün müraciət edən, lakin
Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə Əmək və Əhalinin Sosial Müdafiə
nazirliyinin Tibbi Sosial ekspert kimissiyasının aralarında yaratdıqları süni
əngəlliklər nəticəsində, buna nail ola bilməyən Lənkəran rayon sakinlərinin
ümidləri hələ də, tam bitməyib.

Lənkəran rayonu, Velədi kəndinin sakini, 20.12.1959 -cu il təvəllüdlü Orucova
Sucabə Qənbər qızı 2010- cu ildən “ürəyin gərginlik stenokardiyası III dərəcəli tez-
tez tutulması” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uzun müddət
müalicə alıb. Hal- hazırda ev şəraitində müalicə alır.

Ona əlillik dərəcəsi təyin olunması üçün, elektron qaydada Lənkəran Rayon
Mərkəzi Xəstəxanası tərəfindən 08.01. 2016- cı il, 19.02. 2016- cı il, 03.06.2016-
cı il, 28.02. 2017- ci il, 25.04. 2017- ci il, 01.12. 2017- ci il, 08.01. 2018- ci il və
son dəfə 21.05. 2018- ci il tarixlərində Forma 88 nömrəli 0284003AAGPQ saylı
Tibbi Sosial Ekspert Komissiyasına edilən müraciətlərə imtina bildirişi gəlmiş və
həmin bildirişlərdə imtinaya səbəb “əlavə müalicəyə ehtiyacı var” olması
göstərilir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, baş
həkimin müavini Taleh Məmmədov və poliklinkanın müdiri Zahir Axundov
bildirirlər ki, əlillik dərəcəsi ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanası
tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilən Forma 88 saylı
göndərişlər tam düzgün doldurulub. Lakin Tibbi Sosial Ekspert Komissiyası
bilərəkdən həmin göndərişləri təsdiq etməyib, imtina verir.

Tibbi Sosial Ekspert Komissiyasının hazırki rəhbəri Gülnarə Hacıyeva isə deyir ki.
Tibbi Sosial Ekspert Komissiyası yalnız Mərkəzi Xəstəxanaların göndərişlərində
xəstələrin xəstəliyi əsasında onların sənədlərinə rəy verir.

Əlillik dərəcəsinə möhtac olan vətəndaşların talelərini futbol topuna çevirib bir-
biri ilə ötür- ötür oyunu oynayan, bu iki komanda tərəfindən hüquqları pozulan,
maddi və mənəvi təzyiqlərə məruz qalan vətəndaşlarımıa, düşdükləri bu acınacaqlı
vəziyyətləri barədə aidiyyatı qurumlara müraciətlər etsələr də, lakin müraciətləri
cavabsız qalır və qanunamüvafiq heç bir tədbir görülmür. Elə bil ki, xəstələrin
müraciətləri “Bermud üçbucağı” na düşüb batır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə baş verən
bütün neqativ halları aradan qaldırmaq üçün bir sıra tədbirlər görüb və yeni işçi
qurupu yaratsa da, lakin Tibbi Sosial Ekspert komissiyası ilə Lənkəran Rayon
Mərkəzi Xəstəxanası arasında ənənəvi üsulla gedən ötür- ötür oyunu hələ də ,
davam edir və bu oyununun qurbanlarının sayı gündən – günə artır.
Zahid Səmədov
Zamantv.az


Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə TSEK- in ötür- ötür oyunu hələ də davam edir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə TSEK- in ötür- ötür oyunu hələ də davam edir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə TSEK- in ötür- ötür oyunu hələ də davam edir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO