Polisdən qadın sürücülərə MÜRACİƏT: "Sükan arxasında bəzənməyin"

14:27 16.02.2022 185
Polisdən qadın sürücülərə MÜRACİƏT: "Sükan arxasında bəzənməyin"
Baş Dövlət Yol Polisi İdarəsi qadın sürücülərə müraciət edib.

İdarədən Zamantv.az-a daxil olan müraciətdə deyilir:

"Yol hərəkəti günü-gündən artan iştirakçıları ilə mürəkkəb ictimai münasibətlər sisteminə malik bir prosesdir və bu prosesdə qadın sürücülərin sayı ilbəil artmaqdadır.
Belə ki, 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artıb. Onu da qeyd etməliyik ki, nəzəri imtahanlar zamanı yol hərəkəti qaydaları ilə bağlı suallara daha tez və düzgün cavab verən, həmçinin təcrübi imtahanlarda yüksək nəticələr göstərən qadın sürücülərimiz də az deyil.

Əslində, qanunvericilikdə nəqliyyat vasitələri sürücülərinin cins fərqi, bu fərqin yaratdığı hüquq və ya vəzifələr, eləcə də məsuliyyətlə bağlı hər hansı norma nəzərdə tutulmayıb. Sadəcə, digər sahələrdə olduğu kimi, yol hərəkəti prosesində də qadın sürücülərə bəzi məqamlarda müəyyən güzəştlər edilməsi və ya onlara hansısa üstünlük verilməsi milli dəyərlərimizdən qaynaqlanır. Toxunduğumuz bu mövzuda məqsədimiz heç də qadın sürücülərə münasibətdə formalaşmış mövcud yanaşmanı müzakirə etmək deyil.

Təəssüf ki, aparılan təhlillər qadın sürücülər arasında qayda pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir. Elə özümüz də yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq.

Statistik rəqəmlər də deyilənləri təsdiq edir. Məsələn, 2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84 381 qadın sürücü barəsində elektron qərar çıxarılıb.

Bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1 363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, araməsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilən ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib.

Hər bir ailənin doğma üzvü, cəmiyyətin təkanverici qüvvəsi olan neçə-neçə qadının məsuliyyətə cəlb olunaraq ailəsindən, doğmalarından ayrı, bəzən hətta azyaşlı övladları ilə birlikdə məhkumluq həyatı yaşamasını təsəvvür etmək belə olduqca ağrılıdır".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO