Britaniya-Rusiya kəşfiyyat savaşı, “oyuncaq adam”, Uollesin səfəri – TƏHLİL

16:38 11.02.2022 163
Britaniya-Rusiya kəşfiyyat savaşı, “oyuncaq adam”, Uollesin səfəri – TƏHLİL
Qərbin ABŞ-dan da güclü siyasi-qlobal ideyalar istehsal edən digər gücü Böyük Britaniya ikiqütblü beynəlxalq münasibətlər sistemində Rusiyaya qarşı dirəniş göstərən həlledici fiqurdur.

Rusiya kəşfiyyatı bir ara Britaniyada təxribat planlarını sistemli şəkildə həyata keçirirdi, Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi hadisəsindən sonra Britaniya xəfiyyələri Moskvanı ifşa edən dəlillər ortaya qoydu.

Bununla belə, iki ölkə arasında kəşfiyyat savaşı davam edir və Çinin Britaniyada “çekist” şəbəkəsi qurmasında sözsüz ki, Moskvanın da barmaq izləri var.

Ukrayna böhranının radiusunun getdikcə genişlənməsi isə Britaniyanı narahat edir və London kəşfiyyat vasitəsilə əldə etdiyi əşyayi-dəlilləri Moskvanın əleyhinə yönəltməyi hədəfləyir.

Britaniyanın xarici işlər üzrə dövlət katibi (xarici işlər naziri) Liz Trassın fevralın 10-da Moskvaya səfəri də həmin məlumatlarla Rusiyanı çəkindirmək məqsədi daşıyırdı.

Nəzərə alaq ki, bundan əvvəl Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada prezident Zelenskinin devrilməsinə və yeni oyuncaq hökumət quracağına dair anonsla çıxış etmişdi.

Britaniya kəşfiyyatı dəqiq işləyir, dünya nizamını formalaşdırır, bu baxımdan həmin xəbərdarlıqdan yola çıxaraq deyə bilərik ki, London Rusiyanın “oyuncaq adamı” barədə də məlumatlara sahibdir.

Xarici işlər naziri Liz Trassın səfərini həmin informasiya və informasiyanın doğurduğu versiyalarla nəzərdən keçirmək lazımdır, yəqin ki, Britaniya əlindəki məlumatları, Rusiyanın kəşfiyyat mexanizmlərinin bir qismini qlobal ictimaiyyətin diqqətinə çatdıracağını Kremlə bildirib.

Ancaq Londonun nə dediyi Rusiya üçün önəm kəsb etmir, onsuz da Rusiya beynəlxalq ictimaiyyətin qəzəbinə tuş gələn addımlara tez-tez gedir və peşəkar şəkildə malalayıcı bəyanatlarla hamını təqsirkar çıxarır, elə ona əks qütbdə dayanan güclərin də mahiyyəti Moskvadan fərqlənmir.

Liz Trassın səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla gərgin atmosferdə danışıqlar apardığını Rusiya baş diplomatı belə xarakterizə edib: “Lallarla karların danışığı”. Yəni bir-birlərini dinləsələr də, eşitmirlər və öz bildiklərini edəcəklərini deyirlər.

Trassın Moskva səfərinin paralelində Britaniya baş naziri Boris Consonun Polşaya gedişi diqqət çəkir. Özü də Conson Polşadan Rusiyaya əzələ nümayiş etdirmək üçün Varşavadakı hərbi bazaya gedib və ölkəsinin hərbçiləri ilə foto paylaşıb.

Soyuq müharibənin təməlləri üzərində cərəyan edən bu cür proseslər hərbi müdaxilə ssenarilərinin gündəmdə ağırlıq təşkil etməsinə səbəb olur.

Diplomatiyanın inandırmaq üçün potensialı qalmayanda, söz hərbiyə verilir. Liz Trassın ardınca Britaniyanın müdafiə naziri Ben Uollesin Moskvaya səfəri baş tutub, onun rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü gözlənilir.

Şoyqu-Uolles görüşünün təşkili hərb variantını aktual edir, yəqin ki, cənab Uolles Ukraynaya müdaxilənin Rusiyaya üçün baha başa gələcək fikrini buzu “kəsən” Şoyqunun diqqətinə çatdıracaq.

Rusiyanın hərbi cəhətdən Ukraynadan kənar cəbhələrdə də əsəbləri tarıma çəkəcək üstünlüyü bundan ibarətdir ki, Rusiyada çox güclü sualtı gəmilər mövcuddur.

Rusiya sualtı gəmiləri daim mövqelərini dəyişməklə məşğuldur. ABŞ, Böyük Britaniya bu gedişatı izləyirlər.

Şoyqu-Uolles danışıqlarında Britaniya da Ukraynadan kənar cəbhədə hərbi qüdrətini nümayiş etdirə biləcəyini masa üzərinə qoyacaq.

Bir sözlə, iki nüvə gücü bir-birinin beynəlxalq ictimaiyyətə bəlli olmayan hərbi potensiallarını çəkindirici amil kimi təqdim edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO