Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti devalivasiya ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Elman Rüstəmov bunun şayiədən başqa bir şey olmadığını bildirib:
"Devalivasiya ilə bağlı şayiələr yayıldı, aprel, may ayında... Amma gördünüz ki, heç nə baş vermədi. Çünki heç bir fundamental amil yoxdur. Ölkənin valyuta ehtiyatları tələb-təklifdə 2 milyard təklifin xeyrinədir. Belə olduğu bir şəraitdə ölkədə devalivasiyadan danışmaq olmaz".
Zamantv.az