Taksi sürücüsünün döydüyü HAKİMİN ATASI ÖLDÜ

20:23 29.01.2022 174
Taksi sürücüsünün döydüyü HAKİMİN ATASI ÖLDÜ
Taksi sürücüsü tərəfindən döyülərək ağır xəsarət alan Xəzri Həşim Əjdər oğlu 3 ay sonra vəfat edib.

Zamantv.az APA-ya istinadən məlumata görə, Xəzri Həşim ötən ilin oktyabr ayının 20-də Binəqədi rayonu ərazisində özünə məxsus “Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Nissan Sanny” markalı avtomobilin sürücüsü Hüseynov Nicat Arif oğlu ilə aralarında bir-birinə yol verməmək üstündə mübahisə yaranıb. Taksi fəaliyyəti ilə məşğul olan N. Hüseynov mübahisə zamanı Xəzri Həşimi yumruq və təpiklə döyüb. Nəticədə Xəzri Həşim baş-beyin nahiyəsindən həyatı üçün təhlükəli olan xəsarətlər alıb.

Hadisədən sonra şiddətli baş ağrıları başlayan zərərçəkmiş oktyabrın 24-də Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qanama ocağı aşkar edilib.
O, həmin günü evə buraxılıb, lakin axşam baş ağrıları daha da şiddətlənib. Aldığı zərbələrin təsirindən həmin gün axşam Xəzri Həşimin vəziyyəti yenidən pisləşdiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına geri qaytarılıb.

Xəstəxanaya çatdırıldıqdan təxminən 20 dəqiqə sonra komaya düşüb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qansızma ocağının artması müəyyən edilib və intubasiya edilərək təcili əməliyyata alınıb. Xəzri Həşim ötən il oktyabrın 24-dən noyabrın 6-a qədər Respublika Neyrocərrahiyyə Xəstəxanasına stasionar müalicə alsa da, səhhəti daha da ağırlaşıb.

Sonradan Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən xəstə dekabrın 27-nə qədər orda müalicə olunub, lakin vəziyyətində irəliləyiş baş verməyib. Koma vəziyyətində olan xəstənin müalicəsinin həkim nəzarəti altında xüsusi şəraitdə evdə davam etdirilməsinə qərar verilib.

Xəzri Həşim bu il yanvarın 25-də vəfat edib.

Hadisəni törətməkdə təqsirləndirilən N. Hüseynov isə polis tərəfindən saxlanılıb, o, Cinayət Məcəlləsinin 126.1-ci ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, Xəzri Həşim Əjdər oğlu Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının atasıdır.
Taksi sürücüsünün döydüyü HAKİMİN ATASI ÖLDÜ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO