Gəlinini güllələyən ağsaqqal: "Başqa yolum yox idi"

18:00 13.06.2018 620
Gəlinini güllələyən ağsaqqal: "Başqa yolum yox idi"


Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fəhmin Hümbətov ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi 11 dekabr 2017-ci ildə Maştağa qəsəbəsində baş verib. Kənd sakini Seyidmalik Məmmədov gəlininin əxlaqsız hərəkətlərinə dözə bilməyərək ondan qisas almaq qərarına gəlib. O, odlu silahdan gəlini Aysel Məmmədovanın baş nahiyəsinə iki dəfə atəş açaraq qətlə yetirib.

Təqsirləndirilən şəxs qismində dindirilən S.Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bildiyini və günahı varsa cəzasını çəkməyə hazır olduğunu deyib.

S.Məmmədov ifadəsində göstərib ki, öğlu ilə eyni həyətdə yaşayıb. Həyətin o biri başında özünün ayrıca otağı olub. Qonşuluqda yaşayan Təhmasibin atası mütəmadi olaraq onlara gəlib-gedib: "Yaşlı adamlarıq, birlikdə oturub axşamlar televizora baxırdıq, söhbət edirdik. Hadisədən bir ay əvvəl Təhmasib axşamtərəfi bizə gəlib dedi ki, atamdan nigaranam, ürəyi xəstədi, gəlmişəm görüm sizdədimi... Atası həmin vaxt bizdə idi. Sonra Təhmasib çıxıb getdi. Elə bildim evlərinə gedib. Bir az sonra gördüm ki, nəvəm qaça-qaça gəldi, dedi, "baba, anam hanı, deyəsən, hamamdadı, amma çağırıram, cavab vermir?!”. Gəldim hamama, dedim çıx, uşaq səni istəyir. Xəcalət çəkirəm danışmağa. Bu çıxdı hamamdan. Gördüm ki, istəyir məni içəri salsın, sonra özü evə getsin. Mən də hər axşam qazı, işığı yoxlayıb, sonra yatıram. Hamama girdim ki, görüm qazı bağlayıb ya yox. Hamamın qapısını açmaq istədim, açılmadı. İtələdim, gördüm Təhmasib hamamdadı. Gərək onu da öldürərdim".


Gördüyü mənzərədən hiddətlənən S.Məmmədov gəlini öldürmək qərarına gəlib. Qətli həyata keçirmək üçün isə münasib vaxt gözləyib: "İstəmirdim ki, bu biabırçılığı bütün kənd bilsin. Ona görə gəlinə dedim ki, əlini vur toka, öl. Bu, sənin üçün daha şərafətli ölümdür. Biabırçı ölümdən min qat bu yaxşı idi".

Dəmir barmaqlıqlar arxasında olan qayınata gəlininin xətrini həmişə çox istədyini, onun belə bir hərəkət edə biləcəyini heç zaman ağlına gətirmədiyini deyib: "Onu oğlumdan çox istəyirdim. Ayseli öldürmək haqda heç kimə heç nə deməmişdim. Bunu mən etməliydim. Ayrı yolum yox idi. Bir ay götür-qoy elədim. Münasib vaxt axtarırdım. Evdə adam olurdu deyə öldürə bilmirdim. Oğluma heç nə deməmişdim. Kiçik oğlum isə bilirdi. Cavan uşaq idi, o, öldürə bilməzdi, biabırçılıq olardı".

"Şəriətdə də var ki, belə şey olanda öldürməyə ixtiyarın var. Mən heç nədən qorxmuram. Nə qədər cəza versəniz, çəkməyə də hazıram",- deyə ağsaqqal əlavə edib.

Hakimin "sizin seyidliyiniz varmı" sualına S.Məmmədov "seyid-peyğəmbər övladıyam mən" deyə cavab verib.

Hakim isə deyib: "İnanclı adamsız, gərək belə etməzdiniz, bu cür ağır cinayət törətməyəydiniz, boşayaydınız, yola salaydınız gedəydi".


S.Məmmədov isə belə ağır yükü daşıya bilməyəcəyini məhkəmənin diqqətinə çatdırıb.

Şahid qismində S.Məmmədovun kiçik oğlu Şəhriyar Məmmədov ifadə verib. O, ifadəsində göstərib ki, gəlinləri ilə qardaşı arasında münasibətlər normal olub. Hadisə baş verən gün qardaşı Zirədəki pomidor istixanasında işdə olub.

Şahid qismində dindirilən Seyid Məmmədov ifadəsində göstərib ki, işdə olan zaman əmisi ona zəng vurub hadisə barədə məlumat verib: "Heç vaxt yoldaşımdan şübhələnməmişdim. Aysel öz kəndimizdən idi. Birgə nikahdan bir övladımız var. Ayselin münasibət qurduğu oğlan bizimlə qapı qonşu idi, atası da, özü də gəlib-gedirdi bizə. Yaşca məndən böyükdü, ailəli idi. Ayselin facebook səhifəsi yox idi, whatsaap-vardı. Arada alıb özüm də baxırdım telefonuna. Şübhə doğuracaq heç nə yox idi. Mən ona inanırdım".

Təqsirləndirilən şəxsin qardaşı ifadəsində göstərib ki, S.Məmmədov ona kənd arasına çıxa bilmədiyini deyib: "Hadisədən sonra xəbər tutdum. Qardaşımgilə getdim. Birlikdə polisə getdik. Qardaşıma dedim ki, gərək belə etməyəydin. Dedi, kənd arasına çıxa bilməzdim".

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsindən sonra S.Məmmədov polisə özü təslim olub.

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb.

Belə ki, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa ikisini də öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən ağsaqqal tüfəngə əl atıb...(Virtuaaz.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO