Eldar Həsənov son söz üçün məhkəmədən vaxt İSTƏDİ

20:56 14.01.2022 240
Eldar Həsənov son söz üçün məhkəmədən vaxt İSTƏDİSabiq baş prokuror və eks-səfir Eldar Həsənovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yanvarın 14-də vəkillərin müdafiə çıxışları ilə davam edib.

Zamantv.az : - saytı Novator.az-a istinadən xəbər verir ki, vəkillər Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev Eldar Həsənova bəraət verilməsini, onun azadlığa buraxılmasını istəyiblər. Müdafiə çıxışlarında qeyd olunub ki, məhkəmə istintaqı zamanı Eldar Həsənova qarşı bütün ittihamların qanunsuz, əsassız, absurd olduğu tam sübuta yetirilib.

Beş saat çəkən iclasın yekununda hakimlər Eldar Həsənova son söz söyləməyi təklif ediblər. Eldar Həsənov son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib. Onda hakimlər növbəti prosesin yanvarın 17-də keçirilməsinə təkid ediblər. Eldar Həsənov, həmçinin vəkillər belə qısa müddətdə son sözə hazırlaşmağın texniki cəhətdən mümkünsüz olduğunu deyiblər. Bundan sonra növbəti iclasın yanvarın 21-nə təyin olunması qərarı çıxarılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun məhkəməsi 2021-ci il sentyabrın 3-də başlayıb. Prosesi Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev aparır.

2022-ci il yanvarın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini, onun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını təklif edib.

Təklifdə Eldar Həsənova məxsus olduğu iddia edilən bəzi əmlakların (Bakının Nardaran qəsəbəsindəki bağ evi və torpaq sahəsi, Nəsimi rayonundakı mənzil, Yasamal rayonundakı mənzil, Nərimanov rayonundakı mağaza, Xətai rayonundakı fərdi yaşayış evi, Abşeron rayonunun Novxanı qəsəbəsindəki torpaq sahəsi, Monteneqrodakı mənzil) müsadirəsi də yer alıb.

Eldar Həsənov 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənovun ibtidai istintaqını Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Ona 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları qəbul etmir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO