Azərbaycan Minsk qrupunu arxivə göndərir - İNCƏLƏMƏ...

20:52 14.01.2022 238
Azərbaycan Minsk qrupunu arxivə göndərir - İNCƏLƏMƏ...
Zamantv.az : - "Rusiya ilə ABŞ və Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq.

Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu, mənə dəqiq məlumdur".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni, siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlərinə də beləcə qısqanclıqla yanaşırdılar. Yadınızdadırsa, bir müddət bundan əvvəl - keçən il, mənim fikrimcə Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu. Yəni prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir. Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də bu gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur. Təcrübə məsələsinə gəldikdə isə, təcrübə yaxşı şeydir, lakin o halda ki, bu, müsbət təcrübə olsun. Buna görə düşünürəm ki, onlar özləri bir şey fikirləşib tapmalı, bir qərara gəlməlidirlər", - Dövlət başçısı qeyd edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 24 mart 1992-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik etmək üçün yaradılmışdı. Lakin onlar 30 ilə yaxın müddət ərzində bununla bağlı heç bir addım atmadılar. Həmçinin erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalı olduğuna dair qətnamələrin icrası üçün də səy göstərmədilər. Nəticə etibarilə, Azərbaycan Ordusu beynəlxalq qətnamələri özü icra etdi. Artıq Qarabağ münaqişəsi bitib və biz torpaqlarımızı işğaldan azad etmişik. Yəni Ermənistan və Azərbaycan arasında da ATƏT-in vasitəçiliyinə ehtiyac qalmayıb. Bu səbəbdən Azərbayacn tərəfi dəfələrlə ATƏT-in Minsk qrupundan imtina etmək istədiyini bəyan edib.

ATƏT-in Minsk Qrupu tezliklə rəsmən ləğv oluna bilərmi? DİA.AZ-ın məlumatına görə, “Cümhuriyət”ə açıqlamasında politoloq Qabil Hüseynli deyib ki, ATƏT-in Minsk qrupunun ləğvi mümkündür:

“Azərbaycan artıq ATƏT-in Minsk qrupunun xidmətindən istifadə etmir. Onlar, ümumiyyətlə 28 ildə heç nə edə bilmədilər. Buna rəğmən, Minsk qrupu indiyə qədər nizamnamə, sərhədlərin müəyyənləşdirilməsi prosesi və sülh müqaviləsi mətninin hazırlanmasında iştirak etmək üçün cəhd edib. Lakin Azərbaycan tərəfi bunları qəbul etmir. Onlar daha əvvəl bu prosesə müdaxiləyə çalışanda Qarabağın statusu məsələsini ön plana çıxartdılar. Bunun nəticəsində isə Azərbaycan ATƏT-in Minsk qrupundan tamamilə imtina etdi. Çünki onların burada görəcəyi işlər yoxdur. ATƏT-in Minsk qrupu BMT-nin qətnamələrini yerinə yetirməli idi, amma bunu Azərbaycan Ordusu etdi”.

Ekspert bildirib ki, bundan sonrakı sülh prosesi isə Rusiyanın moderatorluğu ilə aparılacaq:

“Üstəlik, tərəflər “3+3” formatında regional məsələləri həll etmək niyyətindədirlər. Ona görə də ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. Ümumiyyətlə, tərəflərdən biri imtina edirsə, ATƏT-in Minsk qrupunun ləğvi üçün əsas yaranır. Hətta bu barədə ATƏT-ə də müraciət edilib. Bildirilib ki, bölgədə artıq işğal prosesi başa çatıb, sərhədlərin delimitasiyasi və demarkasiyası, kommunikasiyaların açılması, sülh sazişi istiqamətində Rusiyanın moderatorluğu ilə proseslər gedir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO