“Kreşenski moroz” məsələsini cənabların ağlına kim salıb görəsən? - HƏQİQƏTƏN DƏ..

18:20 8.01.2022 173
“Kreşenski moroz” məsələsini cənabların ağlına kim salıb görəsən? - HƏQİQƏTƏN DƏ..
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
Zamantv.az xəbər verir ki, AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Bakının mərkəzə o qədər də yaxın olmayan, Sovet doqquzmərtəbələrindən birində yaşayıram. O gün məhəllədəki dükana (ora məhəlləmizin Milli Məclisi sayılır) düşəndə gördüm ki, qonşular nəyi isə qırğın müzakirə edirlər. Məni görən kimi xırp kəsdilər və narazı-narazı deyinməyə başladılar. “Noolub” sualı dilimin ucundan qayıtdı, ağsaqqal qonşulardan biri qayıtdı ki: “A bala, sən yazı-pou adamısan da. Nə qədər İrandan-Turandan, nə bilim Qazaxıstandan yazacaqsan? Bir dəfə də bizim dərdimizi işıqlandır da, noolar?!”

Heç bir cavab verməyib, bu oratorun çıxışının nə ilə bitəcəyini gözləyirdim ki, nəsə arqument fikirləşim, digər qonşumuz daha rasional təklif verdi: “Sən bizim problemimizi yazmaqdansa, məktubumuzu müraciət şəklində dərc et”. Məktub ünvanlanan şəxslər məni bağışlasınlar, amma başımı razılıq əlaməti olaraq yelləməkdən başqa çıxış yolum yox idi. Əks halda qonşular daha mənə salam da verməyəcəkdilər...

Beləliklə:

“Hörmətli Tarif Şurasının üzvləri və “Azəriqaz”ın sədri Ruslan Əliyev. Sizin dövlət başçımızın qarşınıza qoyduğu vəzifələrin öhdəsindən necə layiqincə gəldiyinizi hamımız yaxşı bilirik. Bilirik deyəndə ki, telekanallardan eşidirik. Əminik ki, xidmət etməli olduğunuz xalqın nümayəndələrinin sağlamlığının qeydinə qalmaqdan başqa heç bir dərdiniz-azarınız yoxdur. Elə hər səhər də işə bundan ötrü gəlirsiniz.

Yaxşı bilirik ki, hamınız savadlı adamlarsınız və Rusiyada, Sibirdə mövcud olan “Kreşenskie morozı” (Vəftiz şaxtaları) nə demək olduğunu yaxşı bilirsiniz. Təxminən yanvarın 10-da başlayan və bir neçə gün çəkən bu pravoslav bayramında möminlər günahlarını yumaq üçün buz çuxuruna qərq olurlar. Buzlu çuxurda çimənlərə “morjlar” da deyirlər. Və məlumdur ki, “morjlar” çox sağlam olurlar. Bakıda və Azərbaycanda pravoslavların sayı müsəlmanlardan xeyli azdır, özü də bizim uruslar buza-zada girmirlər, o ki qala, biz müzəlmanlar olaq.

Siz isə qaza elə limit və qiymət qoymusunuz ki, bizim – 1200 kubmetrlik limiti keçən neft və qaz səltənətinin vətəndaşlarının soyuq suda çimməkdən başqa əlacımız qalmayıb. Axı 3 otaqlı, 65 kvadrat metrlik evdə aylıq qaz pulu necə 75 manat ola bilər? Bu rəqəm bizim ölkədə minimal əmək haqqının demək olar ki, üçdə biridir. Biz hələ işıq və su pulunu demirik. Hamısı bir yerdə gəlib elə o minimal əmək haqqının yarısı edir.

Nəsə bir şey fikirləşin. Yoxsa, sizin həm pravoslavların, həm də bizim sağlamlığımızın qeydinə qalaraq, soyuqla bədənimizi bərkitmək istəyiniz uğur gətirməyəcək. Vallah, xəstlənib öləcəyik! Bizim ölməyimiz sizə nə xeyir gətirəcək ki? Uzağı dövlətə vergi verən abonentlərinizin - vətəndaşlarınızın sayı azalacaq. Bilirik ki, nə edirsinizsə, “xeyrimizə” edirsiniz. Nə olar, bir dəfə də həqiqətən xeyrimizə bir qərar verin”...

Bu məktubu oxuyandan sonra bir xeyli Tarif Şurasının üzvlərinin, “Azəriqaz” rəhbərliyinin və ailələrinin bioqrafiyasını internetdə açıq mənbələrdən araşdırmağa çalışdım: dedim, bəlkə onlardan kimsə Urusyətdə yaşayıb, “morjluq” edib və bu “Kreşenski moroz” məsələsini cənabların ağlına o adam salıb. Tapa bilmədim.

Elə oxucularıma da bu yazımda rubrikanın ənənəvi sualını “Axı niyə?!” sualnı vermədim. Çünki bu sualı qonşularıma vermişdim bu dəfə: ay qonşular, axı niyə hesab edirsiniz ki, bizim qayğımızı çəkməkdəm ötrü min bir işdən-iştəhatdan çıxaraq, xeyirli qərarlar verən bu cənablar sizin məktubunuzu oxuyan kimi qazın qiymətini aşağı salacaqlar? Məgər siz onlardan çox bilirsiniz? Əminəm ki, soruşsam, cavabınız “yox” olacaq. Odur ki gedin, soyuq suyu açın və asta-asta suyun altına girin-çıxın. Televizorda görmüşəm: təzə “morjlar” belə edir.

P.S. Görəsən, qazın limitinin azaldılması və qiymətinin qaldırılmasını dəstəkləyən deputatlar və “ekspertlər”in arasında “morj” olanı var?
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO