Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH

13:51 3.01.2022 238
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Zamantv.az : - "Ankara heç bir halda Ukrayna gərginliyində tərəf olmaq istəmir. Rəsmi Moskva da türklərlə üz-üzə gəlməkdə maraqlı deyil. Fikrimcə, Ukraynada böyük hərbi toqquşma gözlənilmir, Ukrayna üzərindən artan Rusiya-ABŞ gərginliyi də daha çox idarəolunan prosesə bənzəyir. Baş verənlərdə hər iki tərəfin öz marağı var”. Bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Ukraynanın şərində baş verən son prosesləri dəyərləndirəkən deyib. Onun sözlərinə görə, Putinlə Ərdoğan 2022-ci ilin ilk telefon söhbəti ABŞ-Rusiya qarşıdurması fonunda diqqət çəkir və bu müzakirə proseslərin inkişafına da təsir edə bilər:

"ABŞ-ın 2022-ci il müdafiə büdcəsində Rusiyaya qarşı sanksiyaların yer almaması da bu fikri gücləndirir. ABŞ bu toqquşmadan rəhbərlik etdiyi köhnə cəbhəni yenidən qurmaq niyyətindədir və Türkiyənin də bu cəbhədə aktiv iştirakını istəyir. Bayden administrasiyası ilə Ərdoğan hakimiyyətinin uzlaşmadığı məqamlaran biri də məhz budur və Türkiyədə AKP hakimiyyətinə qarşı daxili ssenarilərin işə salınması da Vaşinqtonun daha çox müstəqil siyasi xətt yürüdən mövcud hakimiyyətə qarşı alternativ planlarından qaynaqlanır”.

Ekspert hesab edir ki, Ankara və Moskva proseslərin inkişafında üz-üzə gəlməməyin yollarını axtarırlar:

"Ərdoğanla Putinin ABŞ-Rusiya görüşündən öncə telefon söhbəti də "saatların yoxlanılmasına” bənzəyir və istisna deyil ki, görüşdən sonra qarşıdurma atmosferi güclənəcəyi təqdirdə Türkiyə NATO üzvü kimi mövqe sərgiləcəyini Rusiyaya izah edir. Tərəflər belə bir ssenaridə anlayışla davranmağı müzakirə ediblər. Bununla yanaşı, qarşıdakı dövrdə Türkiyənin Ukrayna məsələsində vasitəçi olmaq istəyi daha da aktivləşə bilər və belə bir vasitəçilik Rusiyaya da sərf edir”.

A. Nərimanlı qeyd edib ki, ABŞ-Rusiya qarşıdurması Cənubi Qafqazdakı proseslərin inkişafına da təsirsiz ötüşməyəcək:

"Rusiya Azərbaycan və Ermənistan arasında öz vasitəçiliyi ilə qəbul edilmiş razılaşmaların, xüsusilə sərhədin müəyyənləşməsi istiqamətində, praktiki mərhələyə keçiddə təkid edə bilər. Eləcə də 3+3 formatında əməkdaşlığın dərinləşməsi istiqamətində addımların aktivləşəcəyini görə bilərik. Ərdoğanla Putinin bu məsələləri müzakirə etdiyi də istisna deyil. ABŞ-Rusiya qarşıdurmasında Ankaranın Moskvaya edəcəyi güzəştlərin qarşılığında Rusiya da Cənubi Qafqazda Türkiyənin maraqlarının önünü aça bilər və bu, Qarabağda Bakı və Ankaranın istəklərinin yerinə yetirilməsi perspektivini artırır. Misal üçün, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin, xüsusilə türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik. Türkiyə bu istiqamətdə çalışır və mümkündür ki, Ərdoğan-Putin müzakirəsində bu məsələ də gündəmdə olub”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO