"Qarabağdakı separatçılar Rusiya sülhməramlılarını prosesə cəlb etmək istəyirlər" - NƏ BAŞ VERİR?

19:56 28.12.2021 271
"Qarabağdakı separatçılar Rusiya sülhməramlılarını prosesə cəlb etmək istəyirlər" - NƏ BAŞ VERİR?
Zamantv.az Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransı zamanı Qarabağ ətrafında gedən son proseslər, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşməsi, kommunikasiya məsələləri ətrafında bir sıra açıqlamalar verib. Azərbaycan ictimaiyyətində Paşinyanın etirafları kimi təqdim edilən, ermənilər arasında isə şok effekt yaradan bu açıqlamalarda maraqlı məsələlərdən biri Qarabağın son statusu ilə bağlıdır. Paşinyan qeyd edib ki, son statusun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir.

Ermənistan Baş naziri qeyd edib ki, bu imkanı onun sələfləri yaradıb: "Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin "xeyrinə" getməyib. Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər isə ermənilər üçün “faciəvi” olub", - deyə Paşinyan vurğulayıb.

Ermənistanın Baş naziri deyib ki, ATƏT-in Minsk qrupu tərəfindən 3 təkliflər paketi təqdim edilib: “Hansı ki, 2011-ci ildən ilk dəfə olaraq Dağlıq Qarabağa erməni tərəfinin geniş təbliğ və reklam etdiyi kimi “müvəqqəti keçid statusu” sözü daxil edilməyib. Təkliflər toplusunda Dağlıq Qarabağın qurumları vardı, lakin heç kəs xatırlamaq istəmir ki, Dağlıq Qarabağın müvəqqəti vəziyyəti və statusu məsələsi BMT Təhlükəsizlik Şurasına ötürülüb. Burada problem nədədir? BMT-nin bu məsələ üzrə qərarını qabaqcadan proqnozlaşdırmaq mümkündür? Çünki burada bir hissə var ki, Dağlıq Qarabağ hansı ölkənin tərkib hissədir? Əgər bu iş Təhlükəsizlik Şurasındadırsa aqibəti bəlli olur. Çünki 1993-cü ildə BMT qətnamə qəbul edib. Burada deyilir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi. Belə olduğu halda Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir".

Bununla yanaşı, Paşinyan Azərbaycanla kommunikasiya xətlərinin açılmasının ölkəsi üçün vacib və xeyirli olduğunu söyləyib. Eyni zamanda, Ermənistan Baş naziri İrəvanın yekun sülhə hazır olduğunu açıqlayıb.

DİA.AZ-ın məlumatına görə, düşmən ölkə rəhbərinin son açıqlamalarını AYNA-ya müsahibəsində şərh edən politoloq Tofiq Abbasov deyib ki, Ermənistan rəhbərliyi reallığı anlamaqdan başqa çıxış yolu olmadığını qəbullanmaqdadır:

- Paşinyan hakimiyyətə gəldiyi ilk gündən anlayırdı ki, Azərbaycanla razılığa gəlməsə, heç bir nəticə əldə edə bilməyəcək. Nikol hakimiyyətə gəldiyi dövrdə Ermənistan daxilində radikal qüvvələr güclü idilər, çalışırdılar ki, Azərbaycanla, Türkiyə ilə heç bir halda sülhdən söhbət gedə bilməz. Lakin Paşinyan anlayırdı ki, əksinə, Ermənistanın çıxış yolu Azərbaycan və Türkiyə ilə konsensusun əldə olunmasından keçir. Hətta 44 günlük müharibə başlayan ilk günlərdə Paşinyan parlamentdə siyasi qüvvələrlə görüş keçirdi və sual etdi: nə edək, Azərbaycanla sülhə gedək, yoxsa müharibə edək? Parlament birmənalı şəkildə müharibənin davamını istədilər. Onlar anlamadılar ki, Azərbaycanla müharibə etməyin nəticəsi çox ağır olacaq. Amma Paşinyan bunu anlayırdı.

İndi Paşinyan erməni cəmiyyətinə və müxalifətinə demək istəyir ki, artıq alternativlər tükənib, başqa variant yoxdur. Tək variant var - Azərbaycanla konsensusa gəlsinlər. Hesab edirəm ki, Paşinyanın söylədikləri Ermənistan üçün ən münasib yoldur. Başa düşmək lazımdır ki, bu ölkə təslim olub, kapitulyasiya edib. Paşinyan bunların hamısını anlayır. İndi görünən odur ki, İrəvan Bakı ilə konsensusa hazırdır.

- İndi də erməni müxalifəti Paşinyanın bu siyasətinin əleyhinədir. Paşinyanın son açıqlaması erməni ictimaiyyətində gərginliklə müşahidə olunur. müxaliflər narazılığı bir qədər də artırıb Paşinyanı devirə bilərlərmi?

- Məsələ burasındadır ki, erməni müxalifətinin narazılığı Ermənistanın maraqları üçün deyil, şəxsi maraqları üçündür. Bu gün Ermənistanda hakimiyyət davası gedir. Sabah Paşinyanı devirib hakimiyyətə gəlsələr, onlar Azərbaycanı heç nə ilə təhdid edə bilməzlər. Müxaliflər də anlayır ki, Ermənistan gücsüz, dağılmış, başqa variantı olmayan ölkədir. Hazırda yaşanan gərginliklər daxili siyasi mübarizədən qaynaqlanır. Faktiki olaraq Azərbaycanın imkanları, gücü Ermənistanın imkanları və gücündən qat-qat çoxdur. Azərbaycan Prezidenti əbəs yerə demir ki, "Dəmir yumruq" yerindədir, qüvvəsini saxlayır və lazım olanda öz təsirini göstərəcək. Erməni müxalifəti bunu çox yaxşı bilir. Köçəryanın, Sarkisyanın dərdi Paşinyanın hakimiyyətini zəiflətmək, hakimiyyəti ələ keçirməkdir. Amma bu da Ermənistan üçün çıxış yolu deyil. Orada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan qarşısında duruş gətirmək imkanları minimumun altındadır. Bütün hallarda, Ermənistanda baş verənlərin bizə o qədər də dəxli yoxdur. Təbii ki, biz Ermənistanda baş verənləri izləyirik, nəzərə alırıq. İstənilən halda, Köçəryan və ya Sarkisyan, yaxud da qeyrisi - orada hakimiyyətə gələrsə, onların da çıxış yolu Azərbaycanla dil tapmaqdan ibarətdir.

- Paşinyanın açıqlamasından sonra Qarabağdakı separatçı-terrorçuların başçısı Arayik Arutunyan ona qarşı bəyanat verdi. Terrorçuların rəsmi İrəvanla razılaşmamasının nəticəsi nə ola bilər?

- Separatçılar qalıq resurslar üzərində hələlik duruş gətirə bilirlər. Amma terrorçuların nələrsə əldə etmək üçün heç bir şansı yoxdur. Bir şeyi yaddan çıxarmayaq ki, Qarabağdakı separatçılar hər zaman xaricdən, başqa yerlərdən dəstək alıblar. Orada böyük alver prosesi var. Onlar bu alverlərindən uzaq düşmək istəmirlər. Əlbəttə, bunun Azərbaycanın addımlarına heç bir təsiri yoxdur. Qondarma Dağlıq Qarabağ problemi artıq gündəmdən çıxıb. Oradakı tör-töküntülərin mübarizə aparmaq potensialı yoxdur. Separatçılar Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarını prosesə cəlb etmək, onlardan yararlanmaq istəyirlər. Amma bunun perspektivi yoxdur. Azərbaycanın ərazi bütövlüyü təmin olunub, bundan sonra terrorçu qalıqlarının Azərbaycan üçün heç bir dağıdıcı təsiri olmayacaq. Biz Rusiyaya açıq şəkildə bildirmişik ki, ərazi bütövlüyü bərpa olunub. Bunu Moskva da, Qarabağdakı kontingent də anlayır. Bundan sonra separatçı rejimin bərqərar olması, qondarma məqsədlərinə çatması xülyadan başqa bir şey deyil. Lazım olan məqamda Azərbaycan onların hamısını tərksilah edəcək. Vətəndaşlığı qəbul edən ermənilər də adam kimi yaşayacaqlar.

- Yəni Azərbaycan Konstitusiyasını qəbul edənlər, normal yaşamaq istəyənlər yaşayacaqlar, terrorçular isə təmizlənəcək...

- Azərbaycan hər zaman bəyan edib, bu gün də bəyan edir ki, erməni millətindən olan Azərbaycan vətəndaşları vətəndaşlara verilən hüquqlar çərçivəsində qalıb yaşaya bilərlər. Azərbaycan miltikultural ölkədir, çoxmillətli dövlətdir. Vətəndaşımız olan, burada yaşayan, Azərbaycanın dövlətçiliyinə qarşı təxribat törətməyən hansı xalqın nümayəndəsi incidilib ki?! Ermənilər də digər xalqlar kimi vətəndaşlığı qəbul edib yaşaya bilərlər. Bütün vətəndaşlara tanınan hüquq çərçivəsində yaşamaqlarında hansısa problem yoxdur. Amma onlar əlavə heç bir imtiyaz əldə edə bilməzlər. Azərbaycan qanunvericiliyinə pənah gətirsinlər, bilsinlər ki, Azərbaycan dövləti onların qarantıdır.

- Paşinyan bildirdi ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır. Azərbaycan Vətən müharibəsindən sonra dəfələrlə yekun sülh müqaviləsinin bağlanmasına çağırış edir. Tərəflər buna hazırdırlarsa, o zaman mane olan nədir? Yaxud indi yaranan şəraitə əsasən deyə bilərikmi ki, yaxınlarda yekun sülh imzalanacaq?

- Azərbaycan hətta müharibədən qabaq da bildirib ki, sülhə hazırıq. Müharibədəki qələbədən sonra da sülhə hazır olduğumuzu bəyan etmişik. Biz sülhpərvər millətik. Azərbaycan dövlətinin siyasəti də sülh siyasətidir. Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəl sülhü istəmədilər, razılaşmadılar. Sonunda Azərbaycan Ermənistanı əzdi, əraziləri işğaldan azad etdi, ərazi bütövlüyü bərpa olundu. İndi yenə də bildiririk ki, əvvəlki məramımıza - sülhə sadiqiyik. Ermənistan da razıdırsa, bu yaxşı xəbərdir. Bu gün Azərbaycan qalib ölkə olaraq oyun qaydalarını müəyyən edir. İrəvan yekun sülhün imzalanmasına tələssə onlar üçün yaxşı olacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO