Azərbaycan üçün təhlükəli məqam - NƏ ETMƏLİ?

17:06 28.12.2021 248
Azərbaycan üçün təhlükəli məqam - NƏ ETMƏLİ?
"Azərbaycan neft gəlirlərinə qənaət etməli, qeyri-neft büdcə kəsirini azaltmalıdır.

Zamantv.az : - zərbaycanda pandemiya zamanı fiskal siyasət lazımi qaydada yüngülləşdirilsə də, 2022-ci ildə iqtisadi böyüməyə uyğun fiskal konsolidasiyaya başlanılmalıdır”.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir: “2021-ci ilə mülayim fiskal mövqe uyğundur və bu səbəbdən mənfi şoklar zamanı avtomatik stabilizatorların işləməsinə icazə verilməli və zərurət yarandıqda, mövcud fiskal məkan daxilində əlavə, məqsədyönlü büdcədaxili fiskal dəstək təmin edilməlidir”.

Fondun ekspertləri vurğulayıblar ki, yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir: "Gələcəyə nəzər salsaq, davam edən genişlənmə mövqeyi de-fakto sabitliyi və fiskal dayanıqlığı qorumaqla uyğun gəlməyəcək və neft ehtiyatlarının proqnozlaşdırılan tükənməsi fonunda nəsillərarası bərabərliyə nail olmağı çətinləşdirəcək. Beləliklə, qeyri-neft büdcəsi üzrə ilkin kəsirin tədricən əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün konsolidasiya 2022-ci ildə başlamalı və uzun müddət ərzində davam etdirilməlidir. Konsolidasiyanın iqtisadi artıma mənfi təsirini azaltmaq üçün mərhələli struktur və maliyyə sektorunda islahatlar da mühüm əhəmiyyət kəsb edir".

Qeyd edək ki, fiskal konsolidasiya büdcədə kəsirin və dövlət borcunun artmasını azaltmağa yönəlmiş fiskal siyasətdir. Xatırladaq ki, BVF 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-inə bərabər olacağı proqnozlaşdırılır. Bundan əlavə, Fond Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.

Azərbaycanın yalnız neft gəlirləri ilə kifayətlənməməli, qeyri-neft sektorunun inkişafı istiqamətində istər beynəlxalq təşkilatlar, istərsə də yerli mütəxəssislər tərəfindən fikirlər səslənsə də hələ ki, bu sahədə istənilən nəticə əldə edilməyib.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, BVF son 10 ildir eyni təkliflərlə, məsəhətlərlə çıxış edir:

“Qeyri-neft sektorunun ixracatda, daxili istehsalda payının artırılması, neft gəlirlərindən qənaətlə istifadə edilməsi ilə bağlı ilk dəfə deyil ki, bənzər açıqlamalar verilir. Gələn il üçün Dövlət Neft Fondunun büdcəsi təsdiqləndi və xərclər gəlirlərdən çoxdur. Gəlirləri 10,5 milyard manata yaxın olacağı gözlənilir, ancaq xərclər 12 milyard manatdan yuxarı olacaq. Bu da onu deməyə əsas verir ki, Dövlət Neft Fondu artıq qazandığından daha çox xərcləyir. Bu da gələcəkdə problemlərin yaşanmasına səbəb ola bilər. Həm də qeyri-neft sektorunun dayanıqsız olmasına işarədir. Yəni kifayət qədər yüksək çəkiyə malik deyil. BVF-nin təklifi artıq təkrarlansa da təəssüf ki, makroiqtusadi göstəricilərdə ciddi dəyişikliklər yoxdur. Yəni Azərbaycanın həm büdcənin formalaşması, həm də xarici ticarətdə neftdən asılılığı həddindən artıq yüksəkdir”.

Ekspertin fikrincə, yalnız gələn il deyil, ümumiyyətlə, qeyri-neft sektoru elə inkişaf etdirilməlidir ki, büdcənin formalaşmasında Dövlət Neft Fondunun payı azalsın: “Ölkə özü qazansın və özünü dolandırsın. Azərbaycan faktiki olaraq neft kəmərinin üzərində öz iqtisadiyyatını inşa edib və neft ən önəmli amildir. Büdcənin formalaşmasında 60 faiz rol oynayır, xarici ticarətdə isə təqribən 90 faiz rol oynayır. Lakin həmin faiz dərəcələri uzun illərdir ki, dəyişmir. Bu da kifayət qədər təhlükəli məqamdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO