Hazırda ölkədə vaksinasiya prosesi davam edir. Allerqiyası və digər xəstəliyi olan şəxslərə vaksin məsləhət deyilsə, niyə peyvənd öncədən analiz götürülmədən vurulur?
Mövzuyla bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O məsələyə belə aydınlıq gətirib:
"Dünənə qədər istənilən vaksin analizsiz vurulurdu. Bu vaksin də, mahiyyət etibarilə digər xəstəliklərin vaksinləri ilə eynidir.
Əgər allergiyası olan bir şəxs varsa, analizi də hər hansı bir dərmana qarşı allergik reaksiya göstəribsə, həmin adam allerqoloqa, terapevtə yaxınlaşa və müayinələrdən sonra əks-göstəriş sertifikatı ilə bu vaksini vurdurmaya bilər. Amma bu, hər kəs allerqo-testlərdən keçməlidir anlamına gəlmir. 1 milyon insana "Pfizer" vaksini vurulanda, 4-5 nəfərdə anafilaksiya reaksiyası müşahidə olunur. Həmin şəxslərin hamısı yerində müdaxilə ilə vaksinasiya məntəqəsini ayaq üstə tərk edib gediblər. Onlarda pis nəticə sonluğu olmayıb. 1 milyon nəfərə 5 nəfər normaldır. Vaksin olunmayan şəxslər həyatı boyu antibiotik dərmanlar istifadə edirlər. Halbuki o dərmanlarda allergik reaksiyalar bu vaksinlərə nisbətən daha çox müahidə olunur. Buna baxmayaraq, insanlar heç bir allerqoloji test etmədən bu dərmanlardan istifadə edirlər".
Zamantv.az