Hazırda ölkədə vaksinasiya prosesi davam edir. Bəs hamiləliyi planlaşdıran ailələr və hamilə qadınlar üçün vaksinin yan təsiri varmı?
Mövzuyla bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O bildirib ki, vaksinin yan təsiri olması barədə dolğun informasiya yoxdur, lakin hələlik həmin şəxslərə peyvənd vurdurmaq məsləhət deyil:
"Vaksin sağlam insanlar üzərində kifayət qədər tətbiq olunub. Bu təcrübəni hamilələr və hamiləliyə hazırlaşan insanlar üzərində aparmaq daha təhlükəli sayılır və daha ehtiyat olunması gərəkən məsələdir. Bu barədə daha ətraflı və dolğun məlumatlar əldə olunanda yavaş-yavaş bunun təbliğatı aparılacaq".
Zamantv.az